Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-77/2023 31.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1981-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 16 dekabr 2022-ci il tarixdə Astara şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-nin 1 saylı filialından 40 (qırx) manat dəyərində olan yağı oğurlamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Astara rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı ödəmişdir. Odur ki, məhkəmədən barəsində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə vermiş olduğu izahatında göstərdi ki, Şəxs 16 dekabr 2022-ci il tarixdə Astara şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-nin 1 saylı filialından 40 (qırx) manat dəyərində olan yağı oğurlamışdır. Hazırda barəsində inzibati icraat aparılan Şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı ödəmiş və Şəxsa qarşı şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyan tamamilə ödənilmiş və Zərərçəkmiş şəxs MMC-nin Şəxsa qarşı şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-77/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-77/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver