Məhkəmə qərarları › İş №3(018)-776/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-776/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-776/2023 29.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və X9 X8 İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X5 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X8 İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 İdarəsinin Estetik Nəzarət şöbəsinin müdiri X12 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək Astara rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamını açıq məkanda icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 25 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokollar və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 verdiyi izahatında göstərdi ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin ona aidiyyəti yoxdur. Ona görə də inzibati materialın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X9 X8 İdarəsinin nümayəndəsi X6 verdiyi izahatında göstərdi ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlarını müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlandığı üçün X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa X4 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, sonuncu X9 X8 İdarəsi ilə müqavilə bağlamamış və yaxud göstərilən halları aradan qaldırmamışdır. Ona görə də, X5 barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli aktdan, icrası məcburi göstərişdən görünür ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlnı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Bu barədə olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstərişə X4 göndərilmişdir. İş materiallarında olan 01 saylı, 25 avqust 2023-cü il tarixli aktdan görünür ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlnı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanması barədə olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstərişə X5 tərəfindən əməl edilməmişdir. İş materiallarında olan MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlnı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən həmin protokol tərtib edilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli aktdan görünür ki, X5 MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokolu imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan İnternet Veri İdarəsinin məlumatından məlum olur ki, X5 ********** VÖEN ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. İş materiallarında olan X9 X8 İdarəsinin25 avqust 2023-cü il tarixli məktubdab məlum olur ki, MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokolun surəti X4 göndərilmişdir. İş materiallarında olan teleqramdan məlum olur ki, 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstəriş X4 16 avqust 2023-cü il tarixdə almışdır. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Lənkəran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar