Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-779/2025 23.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Hüquqi şəxs Astara – X14 Cəmiyyətinin sədri X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, Hüquqi şəxs Astara–X14 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 04 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün adiyyatı üzrə Astara Rayon Məhkəməsinə göndərmişdir. 04 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 04 noyabr 2025-ci il tarixdə «ünvan 1 ünvanında yerləşən ərazidə 1 ədəd 8 sm diametrli əncir ağacı kəsilmiş və tullantılar qalaqlamaqla yandırılması aşkar edilmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin sədri X5 izahatında göstərmişdir ki, Astara – X14 Cəmiyyətinin sədridir. Hüquqi şəxsin fəaliyyəti sərnişin daşımadan ibarətdir və ünvanı bəllidir. Protokol tərtib edildiyi həmin ərazinin özünün xüsusi mülkiyyətindədir, alqı-satqı ilə alınıb və tam özəlləşmişdir. Həmin ərazinin "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur, həmin ərazini icarə müqaviləsi ilə 2023-cü il tarixdən X9 10 il müddətinə vermişdir. Astara- Nəqliyyat» ASC- ağac kəsməmişdir . Bütün bunların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 inzibati xəta haqqında həmin protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 04 noyabr 2025-ci il tarixdə Astara şəhəri, H.Aslanov küçəsi ünvanında yerləşən ərazidə 1 ədəd 8 sm diametrli əncir ağacı kəsilmiş və tullantılara qalaqlamaqla yandırılması aşkar edilmiş və bu səbəbdən "xxxx" ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib olunan zaman ərazinin "xxxx" ASC-yə məxsus olub olmaması dəqiqləşdirilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X3 izahatında göstərmişdir ki, daxil olmuş məlumat əsasında həmin əraziyə getmişlər. Həmin ərazinin girişində darvazanın yanında 1 ədəd 8 sm diametrli əncir ağacının kəsilmiş olması və tullantılara qalaqlamaqla yandırılmasını aşkar etmişlər. X4 yaxınlaşaraq sənədləri istəmişlər lakin sənədləri onlara təqdim etməmişdir. Protokolu orada tərtib etməyə başlamışlar, sonradan Məmmədov Nizami onlara etiraz etmişdir. Onlar oranı ASC-nin həyəti kimi bilirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X13 izahatında göstərmişdir ki, Astara şəhəri Həzi Aslanov küçəsində X4 məxsus həyətdə yük maşınlarını təmir etməklə usta işləyir. Oranı aylıq 50 manat müqabilində icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür.X1 ilə bağlamışdır. Onun usta kimi işləməsinin Nəqliyyat ASC ilə heç bir əlaqəsi yoxdur.Noyabr ayında Ekologiyanın nümayəndəsi həmin həyətə gəlmiş və baxış etmişlər sonra getmişlər. Həyətdə giriş qapısının solunda əncir kolu var idi, ərazini təmizləyən zaman həmin koluda təmizləmişlər. Bu məlumatı həmin nümayəndəyədə bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X6 izahatında göstərmişdir ki, Astara – Nəqliyyat ASC-də icracı direktor vəzifəsində işləyir. Astara – Nəqliyyat ASC-nin balansında Astara şəhəri Həzi Aslanov küçəsində heç bir torpaq sahəsi yoxdur və həmin ərazidə heç bir fəaliyyət göstərmir.Onların fəaliyyəti sərnişindaşıma ilə əlaqədardır.İdarə ünvan 2 ünvanında fəaliyyət göstərir . Protokol tərtib olunan ərazinin Astara Nəqliyyat ASC ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid izahatında göstərmişdir ki, Astara Nəqliyyat ASC-də mühasib işləyir. Onların fəaliyyəti sərnişindaşıma, nəqliyyatın tənzimlənməsi ilə əlaqədardır. Astara Nəqliyyat ASC-nin balansında Astara şəhəri Həzi Aslanov küçəsində heç bir torpaq sahəsi yoxdur və həmin ərazidə heç bir əməkdaşı fəliyyət göstərmir.ASC-fəaliyyətini bazarın yanındakı ünvan 2 ünvanında olan binada aparır. İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, 04 noyabr 2025-ci il tarixdə Astara şəhəri, H.Aslanov küçəsi ünvanında "xxxx" ASC-nin ərazisində 8 sm-də 1 ədəd əncir cinsli ağacın kəsildiyi və tullantıların qalaqlanaraq yandırılması aşkar edildiyindən Astara – X14 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə barəsində protokol tərtib olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********57-06301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.85 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli 03 nömrəli icarə müqaviləsindən görünür ki, X5 ilə X13 arasında Astara şəhəri, H.Aslanov küçəsində yerləşən ünvan üçün 10 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında olan fotoşəkil və CD diskdən görünür ki, protokol tərtib olunan ərazidə yük maşınları təmiri üçün boks mövcüddur və boksda ustalar işləyir. Məhkəmə hüquqi şəxs Astara – X14 Cəmiyyətinin sədri X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Astara – X14 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Hüquqi şəxs Astara – X14 Cəmiyyətinin sədri X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 və şahidlərin izahatlarından və iş materiallarından məlum olur ki, protokol tərtib olunan ərazi X2 xüsusi mülkiyyətində olmaqla 15 yanvar 2023-cü il tarixli 03 nömrəli icarə müqaviləsi əsasında X9 10 il müddətinə icarəyə verilmişdir. Əlavə olaraq həmin ərazinin Astara – X14 Cəmiyyətinə məxsus olması barədə heç bir sübuta istinad edilməmişdir.Protokol fərziyələrə əsasən hüquqi şəxsə yazılmışdır.Kəsilən kol hüquqi şəxsin xeyrinə və yaxud hər hansısa mənafeinə xidmət etməmişdir. Məhkəmə iclası zamanı Astara – X14 Cəmiyyətinin ərazisində meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsi öz təsdiqini tapmamışdır. Həmin xüsusatları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi Astara – X14 Cəmiyyətinin əməlində İXM-in 253.2-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Hüquqi şəxs Astara – X14 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-779/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-779/2025
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver