Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-786/2024 12.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 İş Üzrə QƏRAR ASTARA RAYON MƏHKƏMƏSİ 12 sentyabr 2024-cü il iş № 3(018)-786/2024 Astara şəhəri Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi (anası) X1 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİ qrup əlil, Astara şəhəri, S.Vurğun küçəsi mənzil 16-da qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində Astara şəhərində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X3 protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhəri, S.Vurğun küçəsi mənzil 16-da yaşayır. Subaydır. İİ qrup əlildir. Uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs tanıyır, qonşusudur. 30 avqust 2024-cü il tarixdə saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs qonşu evin qapısını döymüş, oğlu çıxıb ona demişdir ki, qapını döyməyin anam narahat olur. Buna baxmayaraq Zərərçəkmiş şəxs yenidən onu narahat etməyə başlamışdır. Daha sonra həyətə çıxmış Zərərçəkmiş şəxs niyə səs-küy edirsən ona bildirmiş, boğazından tutub öz tərəfinə çəkmiş və üzünə bir sillə vurmuşdur. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə izahatında göstərdi ki, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. Hər gün axşamüstü yaşadığı binanın qarşısında sinif yoldaşları ilə oynayır. 30 avqust 2024-cü il tarixdə saat 18 radələrində sinif yoldaşı Vüsalı çağırmağa getmişdir. Onun yaşadığı mənzilin qapısını döymüşdür. Qapını açan olmamışdır. Bu vaxt qonşu mənzildə yaşayan Cəmilə adlı qadın mənzildən çıxıb narahat olduğunu bildirərək bədəninin müxtəlif yerlərində sillə ilə vuraraq onu döymüşdür. O, da evə qayıdaraq bu barədə anasına bildirmişdir. Hazırda Şəxs şikayətçidir. Onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 297 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsi, boyun nahiyələrində qançırlar müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyaların törənmişdir. Sağlamlığa zərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X3 iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində X3 iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-786/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-786/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver