Məhkəmə qərarları › İş №3(018)-79/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-79/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-79/2024 12.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X2 Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Ərçivan Qəsəbə sakini X4 məhkəməyə Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəməyə ünvanladığı şıkayət ərizəsində göstərmişdir ki,o,Astara rayonu Ərçivan qəsəbəsində yaşayır.Azərbaycan Respublikasının qanunlarına riayət edəndir, pensiya alır, ailəli, ankoloji xəstədir. Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 29 yanvar 2024-cü il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 212.4-cü maddəsi ilə tərtib edilmiş inzibati protokola əsasən 50(əlli) manat məbləğində cərimə olunmağı barədə məktubunu almışdır. Lakin o, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Odur ki, xahiş edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 212.4-cü maddəsi ilə onun barəsində MN ******* nömrəli protokola əsasən 50 (əlli) manat məbləğində cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 və Astara Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq X4 və Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə X2 və Astara Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati xəta haqqında iş üzrə 15.1.2024-cü il tarixli MN № ******* saylı qərarından məlum olur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən 50 (əlli) manat cərimə edilmişdir Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Astara Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati xəta haqqında iş üzrə xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. və inzibati iş yenidən araşdırılması üçün Astara Rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar