Məhkəmə qərarları › İş №3(018)-793/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-793/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-793/2023 01.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 31 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X8 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Astara şəhər Bələdiyyəsinin sədri X8 şikayətini müdafiə edərək göstərdi ki, o, Astara şəhər Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 14 avqust 2023-cü il tarixdə Xəzər Dənizinin sahillərində reyd keçirmişlər. Məlum olmuşdur ki, Xəzər Dənizinin sahillərində bərk məşiət tullantıları aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixdə qəbul etmiş olduğu 109 saylı qərara əsasən Xəzər Dənizinin sahili Astara şəhər Bələdiyyəsinin ərazisinə daxil olmamasına baxmayaraq, ona məlumat verilmədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən onun barəsində 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və yenə də ona məlumat verilmədən rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən onun məlumatı olmadan 14 avqust 2023-cü il tarixli akt və Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstəriş tərtib edilmiş, həmin akt əsasənda qeyd edilən protokol və qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 2000 (iki min) manat məbləğində cərimə edilməsi barədə 31 avqust 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə razı deyildir. Belə ki, həmin qərarın qəbul edilməsi ilə bağlı ona məlumat verilməmiş, o, çağrılmadan, iştirakı olmadan həmin qərar qəbul edilmişdir. Həmçinin ona Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstəriş təqdim edilməmiş və onun belə bir göstərişdən xəbəri olmamışdır. Bunlara əsasən o hesab edir ki, həmin qərar qanunsuz olmasına görə ləğv edilməlidir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 verdiyi izahatında göstərdi ki, barəsində qərar çıxarılmış X5 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 14 avqust 2023-cü il tarixdə Astara şəhər ərazisində, Xəzər Dənizinin sahillərində reyd keçirmişlər. Məlum olmuşdur ki, X6 rayonu Şahağacı kəndi hissəsində sahil zolağında, Şahağacı kəndinin çay qırağında məşiət tullantılarının qalıqları aşkar edilmiş və müvafiq akt və 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa ona Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstəriş göndərilmiş və o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Ona görə də X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsini dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. İnzibati işin materiallarına əlavə olunmuş 14 avqust 2023-cü il tarixli, aktdan və fotoşəkillərdən məlum olur ki, X6 rayonu Şahağacı kəndi hissəsində sahil zolağında, Şahağacı kəndinin çay qırağında məşiət tullantılarının qalıqları aşkar edilmiş müəyyən edilmişdir. Həmin aktın tərtib edilməsində X8 iştirak etməmiş, aktın surətinin ona verilməsi və ya onun aktı imzalamaqdan imtina etməsi barədə də məlumat yoxdur. İnzibati işin materiallarına əlavə olunmuş 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, X6 şəhər hissəsində sahil zolağında, məşiət tullantılarının qalıqları aşkar edilməsinə görə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib edilmişdir. İnzibati işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstərişdən məlum olur ki, X8 14 gün ərzində X6 şəhəri sahil zolağında, Şahağacı kəndinin çay qırağında məşiət tullantılarının qalıqların daşınmasını təmin etsin. İnzibati işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən qəbul edilmiş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X2 Dənizinin Astara rayonu Şahağacı kəndi hissəsində sahil zolağında, Şahağacı kəndinin çay qırağında məşiət tullantılarının qalıqları aşkar edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 271-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 500 (beş yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki məhkəmə iclasında aydın oldu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 14 avqust 2023-cü il tarixdə Astara şəhər ərazisində, Xəzər Dənizinin sahillərində reyd keçirmişlər. Məlum olmuşdur ki, Xəzər Dənizinin sahili çirkləndirmişdir. Buna görə idarənin əməkdaşları tərəfindən 14 avqust 2023-cü il tarixli akt və 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstəriş tərtib etmişlər. Qeyd edilən inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X8 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Astara şəhər Bələdiyyəsinin sədri X8 hesab edir ki, qərar əsassızdır. Belə ki, 14 avqust 2023-cü il tarixli akt və 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onun məlumatı və iştirakı olmadan tərtib edilmiş, Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 icrası məcburi olan müddətli göstərişdən də məlumat olmamış və ona göndərilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il tarixdə qəbul etmiş olduğu 109 saylı qərara əsasən Xəzər Dənizinin sahili Astara şəhər Bələdiyyəsinin ərazisinə daxil deyildir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi tərəfindən sadalanan halların əksini təsdiq edən (14 avqust 2023-cü il tarixli aktın tərtibində iştirakı, həmin aktın, 17 avqust 2023-cü il tarixli, G-M6/4023-102 saylı göstərişin surətlərinin verilməsi, 14 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsində, 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsində çağrılmasına) hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində vəzifəli şəxs üçün tətbiq edilən cərimə 2000 (iki min) manatdan başlayır, 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul olunmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X8 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar