Məhkəmə qərarları › İş №3(018)-794/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-794/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-794/2023 25.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Astara rayon PŞ-nin MN ******* nömrəli nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 göstərdi ki, o, 1972-ci ildə ziyalı ailəsində anadan olmuş və iki ali təhsil almış. İki dəfə Milli Məclis deputatlığna namizədliyi irəli sürülmüşdür. Müəllim işləyir. Bir oğul və iki qız atasıdır. Övladlarının hər üçünü ali və orta ixtisas təhsil müəssisələridə (ödənişli əsaslarla) maddi sıxıntı çəkəçəkə müəllim əməyilə oxutdurur. Bildirir ki, o, əsas məzuniyyətdə olduğu üçün xx.xx.2023-cü il tarixində həmyaşıdlarıyla Astara rayon Vaqo kəndində yerləşən çay evində oturmuşdur. Həmin çay evin yanında qaynatasına məxsus ticarət obyekti yerləşir. Həmin tarixdə bir neçə dəqiqəlik ticarət obyektinə nəzarət etməyi ondan xahiş etmişdir. O, çay evinin həyətində oturmaqla mağazaya uzaqdan nəzarət edirmiş ki, yad şəxslər içəri daxil olmasın. Təxminən saat 11:00 radələrində Astara RPŞ-nin polis əməkdaşları dükana yaxınlaşıb soruşmuşlar ki, bura kim baxır. O, çay içdiyi yerdən qalxıb abyektə yaxınlaşmış və bildirdirmiş ki, dükan sahibi az sonra gələcəkdir. Polis əməkdaşları ondan adını, soyadını və ata adını suruşmuşlar. O, polis əməkdaşının sualını cavablandırmışdır. Adı və soyadını dedi. Ona bildirmişlər ki, "sən 80 manat cərimə olunacaqsan”. Səbəb olaraq küçə alveri etməydə günahkarlandırılmışdır. O, polis əməkdaşına bildirmiş ki, “mən alverçi yox müəlliməm, bu ticarət obyekti mənə məxsus deyil, satıcı deyiləm, ümumiyyətlə burda tərəf deyiləm, burada olmağım da qazancla əlaqəli deyil. Dükanda olan əşyalarında mənə aidiyatı yoxdur. Xahiş edirəm məni əsassız cərimə etməyəsiniz. Onu da qeyd etdim ki, dükanın sahibi az sonra gələcəkdir. Obyekt sahibinə vitrinin yığışdırılmasına dair göstərişləriniz barədə məlumat çatdıraram Polis əməkdaşı adını qeyd edib uzaqlaşmışdır. Həmin gün ona hər hansı akt, protokol və ya digər sənəd təqdim olunmadığından prorokolun imza və ya qeyd qrafasında yazılı etirazı da yer almamışdır. Odur ki, Məhkəmədən Astara RPŞ-nin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Astara rayon PŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Astara rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. İşə əlavə edilmiş ******* №-li əmək kitabçasının surətindən görünür ki, X1 rayon Marzəsə kənd ümumi orta məktəbində psixoloq işləyir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Astara rayon PŞ İTB-nin sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Astara rayon PŞ İTB-nin sahə rəisi X6 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xətanı törədən şəxsin, yəni Astara rayon Vaqo kəndində yerləşən ticarət obyektini işlədən, həm də vergi ödəyicisi olan şəxsin şəxsiyyəti müəyyən edilərək qanuni qərar qəbul edilməsi üçün inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Astara rayon PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Astara rayon PŞ İTB-nin sahə rəisi X6 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli nömrəli, 10 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Astara rayon PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar