Məhkəmə qərarları › İş №3(018)-795/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-795/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-795/2024 26.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi və X1nun iştirakları ilə, Astara rayon Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında 13 sentyabr 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə müraciət edərək, barəsində Astara rayon Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında 13 sentyabr 2024cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 vermiş olduğu izahatında göstərdi ki, istifadəsində olan “Mersedes-Benz” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara şəhəri, H.Əliyev prospektinin girəcəyində Astara şəhəri istiqamətində hərəkətdə olduğu zaman Astara rayon YPX-yə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturan polis əməkdaşı onu saxlamış və ötmə əməliyyatına görə 100 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Polis əməkdaşından cəriməyə nəyin səbəb olduğunu açıqlamasını tələb etsə də, polis əməkdaşı ona məhəl qoymamışdır. Ona qarşı tətbiq edilmiş cərimə qərəzlidir və heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq bildirdi ki, onu Orxan adlı polis əməkdaşının onu saxlamasına baxmayaraq, qərar və protokol X4 adı ilə tərtib olunmuşdur. Bütün bunları nəzər alıb xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Astara rayon Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə tərtib olunan İnzibati Tənbeh vermə Haqqında TP ******* saylı inzibati qərar ləğv olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində həmin məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi xüsusi texniki vasitə ilə aşkar edilməmiş, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər-hansı bir mötəbər sübut (kamera görüntüsü, videoçəkiliş və s) olmamış və onun barəsində olan protokol qanuni sübutlara əsaslanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Astara rayon Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilsin və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar