Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-799/2024 16.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Astara Rayon Məhkəməsinin icraatına Astara rayon X1 şəhəri S.Vurğun küç., ev 97 ünvanında yaşayan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Astara Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Astara rayon Məhkəməsinin iclas zalında Şəxs qəsdən Zərərçəkmiş şəxs döymüşdür. Astara rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli xx.xx.2024-cü il tarixli və MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-799/2024 nömrəli iş bir icraatda 3(018)-797/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli xx.xx.2024-cü il tarixli və MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 799/2024 nömrəli iş bir icraatda 3(018)-797/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-799/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-799/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver