Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-8/2023 13.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunun və Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə "xxxx" MMC-nin direktoru X15 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : "xxxx" MMC-nin direktoru X2 Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin MN ******* nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu göstərdi ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Lənkəran- Astara regional şöbəsinin İnzibati tənbeh verma haqqinda xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə X6 3 700 (üç min yeddi yüz) manat məbləğində cərimə edilmiş. Əmək Müfəttisliyi qərarini onunla əsaslandırmişdir ki, X15 tərfindən Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minməden fiziki şəxs-X14 qizi "Astaracay MMC-nin Baki ofisində satiş təmsilcisi kimi islərin,xidmətlərin yerinəyetirməsinə cəlb edilmişdir.Əmək Müfəttişliyinin bu qərarı aşağıda gösterilanler əsasen qanunsuz asassız olduğundan və qanunvericiliyin tələblərinə əmel olunmadan qebul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinde göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarini və azadliqlarini,onlarin qanuni mənafelərini qorumaqdan,inzibati xəta haqqinda işin hallarini vaxtinda, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan,inzibati xəta törətmis şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən və sairədən ibarətdir.Həmin Məcəllənin 6.1.-ci maddəsində təsbit olunur ki,inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun tərbiq edilir.Eyni zamanda Məcəllənin 8.1 və 8.2.-ci maddələrində göstərilir ki,barəsində intizam tənbehi haqqında iş üzrə icraat aparilan səxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında is üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə təsdiq edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətəcəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 12.1.maddesinde ise tesbit edilir k,bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən hüquqazidd olan, təqsirli sayilan (qəsd və ya ehtiyatszliqdan törədilən) və inzibati məsuliyyətə cəlb olunan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta sayilir. Əmək Mufəttisliyi heç bir arasdirma aparmadan qərar vermisdir. Bela ki, İnzibati Xətalar Məcəlləsinin 110.1.maddəsində gostanilir ki, inzibat xata haqqinda isə onun törədildiyi yer üzrə baxilir. Barəsində inzibati xəta haqqinda is uzrə icraat aipanlan səxsin vəsatətinə əsasən inzibati xəta haqqinda is onun yasadigi yer uzrə aparla bilər. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin sərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarinda bildirilir ki, İXM-nin 110.1-ci maddasinin tələblərinə uyğun olaraq inzibati xətanın törədildiyi yer onun nəticəsinin bas verdiyi yerdən asılı olmayaraq xətanin faktiki törədildiyi yer hesab edilməlidir.Qeyd olunan inzibati xəta "Astaraçay' MMC-nin Bakı şəhəri, Babək prospekti 22\69 ünvanda yerləşən ofisində törədildiyi nəzərə alınmaqla ərazi aidiyyəti nəzərə alinmaqla Baki səhərində fəaliyyət göstərən X12 tərəfindən arasdirma aparılmalı və qərar qəbul edilməli idi. Sözü gedən qərar X5 Lənkəran-Astara regional şöbəsində qəbul edilməklə Azerbaycan Respublikasi İXM-nin 110.1.maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.“Astaraçay" MMC ilə vətəndaş X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 03 nömreli İcarə müqaviləsinə əsasən "xxxx" MMC Günay Məmmədovadan Bakı şəhəri, Babək prospekti,22\69 ünvanda 514 kv.metr qeyri yasayis ərazisini icarəyə götürmüş və hazırkı vaxta kimi həmin ərazidən MMC-nin ofisi kimi istifadəni davam etdirir. Odur ki, arasdirma aparan X10 araşdırmani tələb olunan qaydada aparmamış və qanun pozuntusu ilə qərar qəbul etmişdir. Ona görə də Əmək Müfəttişliyinin bu qərarı ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran- Astara regional şöbəsinin İnzibati tənbeh verməhaqqinda xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X4 bildirdi ki, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş MN ******* nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunauyğun olaraq qəbul edilmişdir və həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. "xxxx" MMC-nin hüquqi ünvanı Astara rayonudur.Göstərilənləri nəzərə alaraq,"xxxx" MMC-nin direktoru X6 barəsində olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin MN ******* nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunu və Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. İşə əlavə edilmiş 01 dekabr 2018-ci il tarixli, 03 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən "xxxx" MMC-nin direktoru X7 ilə "xxxx" MMC-nin direktoru X8 arasında bağlanmış icarə müqaviləsinə əsasən İcarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69 ünvanında yerləşən ümumi sahəsi 514 kv.metr olan sahəni icarədarın istifadəsinə verir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru X15 barəsində 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman,inzibati xətanın harada baş verməsi, nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması səbəbindən, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-nin X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran- Astara regional şöbəsinin rəisi Etibar Vəliyev tərəfindən X15 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran-Astara regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-8/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-8/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver