Məhkəmə qərarları › İş №3(018)-803/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-803/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-803/2023 25.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gmkrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Rusiya Federasiyası vətəndaşı X4 idarə etdiyi “Volvo” markalı “M600ET05/AM177205” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “0080667” saylı CMR-ə və “60” nömrəli invoysa əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva səhərinə “kərəviz” yükü aparakən, xx.xx.2023-cü il tarixdə 'Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama saxlanılmış yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol - aşağı hissəsində, iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan ehtiyyat hissələrinin altında, kabinədə yatağın altında, kabinənin saq və sol divarlarının boşluğlarında, sürücü və sərnişin oturacaqlarının arxasında və altında gömrük nəzarətindən gizlədilmiş formada adları və miqdarı aşağıda qeyd olunan dərman “İbuprofen” adlı-2 qutu, 10 list, 100 kapsul, dərman “Minoqel”-2 qutu, 10 list, 100 kapsul, dərman “Relief”-5 qutu, 5 list, 50 tablet, dərman “Glibotex”-5 qutu, 25 list, 500 tablet, dərman “Wominavit”-4 qutu,8 list, 120 kapsul, dərman “Ferrari”-2 list, 16 tablet, dərman “Protral”-6 list, 60 kapsul, dərman “Actop”-4 qutu, 112 kapsul, dərman “Osteocare”-10 qutu, 20 list, 300 tablet, krem “Nevex”-4 ədəd, krem “SPF” -5 ədəd, dərman “Kid3”-5 ədəd flakonda, dərman “İmrnunace”-6 ədəd flakonda, dərman “Adiqel-S”-13 ədəd flakonda, dərman “Osteocare Liquid”-6 ədəd flakonda, dərman “Omeqa3”-35 list, 350 kapsul, dərman “Omeqa3 plus”-7 qutu, 35 list. 700 kapsul, dərman “Merazole”-4 qutu, 112 kapsul, dərman “Zipmet”-2 qutu, 60 tablet, dərman “D3 forte”-4 qutu, 120 tablet, dərman “Eucalyptus”-4 qutu. 48 tablet, dərman “Vitamin D3”-4 qutu, 240 tablet, dərman “İmmunace”-4 qutu, 8 list, 120 tablet, dərman “Thymex”-2 ədəd, dərman “Arqi plus”-8 ədəd, dərman “Farqesic”-5 qutu, 10 list, 100 kapsul, dərman “Pelarqin”-1 ədəd, dərman “Valosap”-18 list, 180 tablet, krem “Firooz”-3 ədəd. dərman “Siınofit”-3 qutu, 6 list, 90 kapsul, dərman “Feroqlobin”-2 qutu, 4 list, 60 kapsul, kosmetik vasitə “Bioderma”-3 ədəd, krem “Samin”-4 ədəd, kosmetik vasitə “Gollagen qold”-7 qutu, 136 paçka, dərman “Nextyle”-1 qutu-60 həb, zəfəran 1 qr-29 ədəd, şampun “Lerox”-21 ədəd. şampun “Head&Shoulders”-3 ədəd, şampun “Parjak”-6 ədəd. şampun “Ati”-2 ədəd, yuyucu vasitə “Active”-2 ədəd, yuyucu vasitə “PremiumqelÜ-2 ədəd, yuyucu vasitə “Boosted”-3 ədəd, yuyucu vasitə “+Keratin”-3 ədəd, yuyucu vasitə “Deep Clean”-2 ədəd, üzərində fars dilində yazıları olan yaşıl qapaqlı yuyucu vasitə-2 ədəd, müxtəlif adda dərman, yuyucu, kosmetik vasitələr, şampunlar və zəfəran aşkar edilərək protokol əsasında götürülmüşdür. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədiqatına təqdim edilmiş 17 adda malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 616,50 manat müəyyən edilmişdir. Həmin dərman pereparatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədiqi hissəsində olan 2№ cədvəldə göstərilmişdir. Tədiqata təqdim edilmiş adları cədvəl 2-də qeyd edilən dərman pereparatlarının internet sayıtlarında və Bakı şəhərində yerləşən apteklərdə satışına dair məlumatlar olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1rşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X5 anbarında saxlanılan dərman “İbuprofen” adlı-2 qutu, 10 list, 100 kapsul, dərman “Minoqel”-2 qutu, 10 list, 100 kapsul, dərman “Relief”-5 qutu, 5 list, 50 tablet, dərman “Glibotex”-5 qutu, 25 list, 500 tablet, dərman “Wominavit”-4 qutu,8 list, 120 kapsul, dərman “Ferrari”-2 list, 16 tablet, dərman “Protral”-6 list, 60 kapsul, dərman “Actop”-4 qutu, 112 kapsul, dərman “Osteocare”-10 qutu, 20 list, 300 tablet, krem “Nevex”-4 ədəd, krem “SPF” -5 ədəd, dərman “Kid3”-5 ədəd flakonda, dərman “İmrnunace”-6 ədəd flakonda, dərman “Adiqel-S”-13 ədəd flakonda, dərman “Osteocare Liquid”-6 ədəd flakonda, dərman “Omeqa3”-35 list, 350 kapsul, dərman “Omeqa3 plus”-7 qutu, 35 list. 700 kapsul, dərman “Merazole”-4 qutu, 112 kapsul, dərman “Zipmet”-2 qutu, 60 tablet, dərman “D3 forte”-4 qutu, 120 tablet, dərman “Eucalyptus”-4 qutu. 48 tablet, dərman “Vitamin D3”-4 qutu, 240 tablet, dərman “İmmunace”-4 qutu, 8 list, 120 tablet, dərman “Thymex”-2 ədəd, dərman “Arqi plus”- 8 ədəd, dərman “Farqesic”-5 qutu, 10 list, 100 kapsul, dərman “Pelarqin”-1 ədəd, dərman “Valosap”-18 list, 180 tablet, krem “Firooz”-3 ədəd. dərman “Siınofit”-3 qutu, 6 list, 90 kapsul, dərman “Feroqlobin”-2 qutu, 4 list, 60 kapsul, kosmetik vasitə “Bioderma”-3 ədəd, krem “Samin”-4 ədəd, kosmetik vasitə “Gollagen qold”-7 qutu, 136 paçka, dərman “Nextyle”-1 qutu-60 həb, zəfəran 1 qr-29 ədəd, şampun “Lerox”-21 ədəd. şampun “Head&Shoulders”-3 ədəd, şampun “Parjak”-6 ədəd. şampun “Ati”-2 ədəd, yuyucu vasitə “Active”-2 ədəd, yuyucu vasitə “PremiumqelÜ-2 ədəd, yuyucu vasitə “Boosted”-3 ədəd, yuyucu vasitə “+Keratin”-3 ədəd, yuyucu vasitə “Deep Clean”-2 ədəd, üzərində fars dilində yazıları olan yaşıl qapaqlı yuyucu vasitə-2 ədəd, cəmi 616 (altı yüz on altı) manat 50 qəpik dəyərində qərman pereparatları və əşyalar dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar