Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-803/2024 17.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, protokol tərtib edən şəxs X8, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - X9 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Astara şəhər H.Əliyev prospektində, Astara rayon Məhkəməsinin inzibati binasının yaxınlığında X2 həyat yoldaşı Baxşıyeva (Abbasova) Çinarə Nazim qızını döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X11 vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində X2 həyat yoldaşı X7 aralarında yaranmış mübahisə zamanı yumruqla döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclası zamanı barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərdi ki, X10 ilə ailə həyatı qurmuş, həmin nikahdan 2 övladları olmuşdur. 2021-ci ildə qeyri-rəsmi şəkildə ayrılmışlar. İki ay bundan əvvəl övladlarının istəyi ilə onları yanına gətirmiş, buna Çinarə Baxşıyeva narazılıq etsə də, sonradan etiraz etməmişdir. Həmin vaxt telefonla aralarında sözlü mübahisə olmuş, lakin Çinarə Baxşıyevanı döyməmişdir. Hazırda övladları onunla yaşayır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X10 vermiş olduğu izahatında göstərdi ki, X9 ilə ailə həyatı qurmuş, lakin aralarında mübahislər olduğundan 2021-ci ildə qeyri-rəsmi şəkildə ayrılmışlar. Məhkəmə tərəfindən uşaqlarla üç dəfə görüş hüququ olmasına rəğmən Asiman Baxşıyev buna imkan yaratmamışdır. 06 sentyabr 2024-cü il tarixdə müraciəti əsasında icra məmurları onun uşaqlarla görüşünü təmin etdikdən sonra Astara şəhəri H.Əliyev prospektində Astara rayon Məhkəməsi yaxınlığında Asiman yaxınlaşaraq yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşdür. X1 şikayətçidir və sonuncu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Astara rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli, 305 saylı ekspert rəyindən görünür ki, X5 bədəni üzərində - sağ alt çənə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 sentyabr 2024-cü il tarixdən, saat 15:40-dan hesablansın. X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-803/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-803/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver