Məhkəmə qərarları › İş №3(018)-810/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-810/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-810/2023 09.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, şikayətçi X4 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, X4 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin torpaqların idarə edilməsi istifadəsinə nəzarət sektorunun müdiri X13 tərəfindən tərtib olunmuş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin torpaqların idarə edilməsi istifadəsinə nəzarət sektorunun müdiri X13 tərəfindən tərtib olunmuş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X8 məhkəmə iclasında şikayətini müdafiə edərək göstərdi ki, ƏMDX-nin Lənkəran ərazi şöbəsi tərəfindən barzcbylz MN ******* nömrəli, 11 sentyabr 2023 -cü il tarixli inzibati tənbehvermə haqqinda qərar verilmişdir. Barəsində tərtib edilmiş qərar qərəzli və qanunsuzdur. Belə ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2 maddəsi ( torpaqların ıuünbüt qatının korlanılması) ilə tərtib edilmiş qərarın, eləcədə MN ******* saylı inzibati xəta haqqında protokolun dispozisiya hissəsində onun tərəfindən Astara rayonu Kijabə qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində balıq yetişdirmə məqsədi ilə tikinti işləri aparılması qeyd olunmuşdir, yəni torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsi göstərilmişdir. Belə qanun pozuntusu isə AR İXM-nin 244.2-ci maddəsi ilə deyil, 247.2-ci maddəsində göstərilmişdir.AR İXM-nin 247.1.-247.2-ci maddələrində göstərilir: 247.1 Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2. Bu Məcəllənin 247.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. ƏMDX-nin Lənkəran şöbəsi tərəfindən isə “müəyyən edilən’' qanun pozuntusu barədə deyil, tamamilə başqa qanun pozuntusu barədə, AR İXM-nin 244.2-ci maddəsi ilə mənim barəmdə inzibati protokol tərtib edilib, 1000 manat cərimə edilməklə qərar çıxarılmışdır. AR. İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulan qanun pozuntusu da tərəfindən törədilməmişdir. Bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 07.06 2017-ci ildə təsis olunub və akvakultura fəaliyyəti ilə məşğuldur. Şirkətin fəaliyyəti üçün AR ETSN və AR Qida təhlükəsizliyi Agentliyindən müvafiq icazələr alınmışdır. Şirkətin əsas balıq yetişdirmə ferması Astara şəhəri Kələdəhnə məhəlləsində yerləşir. Fəaliyyətini genişdirmək üçün Astara rayon Kijabə qəsəbəsi ərazisində Şirkətin təsisçilərindən biri X3 adına 0,84 ha torpaq sahəsi alınmışdır. 16 mart 2022-ci il tarixdə torpaq sahəsi notariat qaydada "xxxx" MMC-yə icarəyə verilmişdir. Ərazidə akvakultura fəaliyyəti ilə məşğul olmaq üçün Astara rayon İcra hakimiyyətinə müraciət olunmuş, Astara rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2022-ci il tarixli, 46 saylı sərancamı ilə həmin ərazidə akvakultura fəaliyyətini həyata keçirilməsi məqsədilə təsərrüfata qulluq edən anbarların, kommunikasiya qurğularının, hovuzların və ofis binasının tikintisinə icazə verilmişdir. Tərəfindən heç bir qanun pozuntusu törədilməmiş, icarəyə götürdüyü torpaq sahəsində də qanunvericiliyi pozmamışdır. Belə ki. mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaq akvakultura fəaliyyəti ilə məşğul olan təsərrüfata məxsus olduğu halda, həmin torpaqlar aid olduğu torpaq kataqoriyasında saxlanılır və digər kataqoriyaya keçirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə 06 mart 2015-ci il tarixdə edilmiş dəyişdiklərə əsasən həmin Məcəllənin 9.3-cu bəndi aşağıdakı redaksiyada verilmişdir: “'Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir.” Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi» Qaydalarının 1.2-ci bəndində qeyd edilmişdir: “Akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir”. Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 256 saylı Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarında da bu müddəa öz əksini tapmışdır. Qərarın 3.1 -ci bəndində qeyd edilmişdir ki, akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir. AR İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulan qanun pozuntusu da onun tərəfindən törədilməmişdir. Təqdim etdiyi sənədlərdən görünür ki, mübahisə predmeti olan ərazi müqavilə əsasında "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC-i akvakultura fəaliyyəti ilə məşğul olan təsərrüfatdır. Akvakultura ilə məşğul olan təsərrüfata aid torpaqlar isə aid olduğu (yəni təyinatından asılı olmayaraq) kateqoriyada saxlanılır və başqa kateqoriyaya keçirilmir. Ona görə də 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və həmin qərar əsasında verilmiş cərimənin ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin nümayəndəsi X13 izahatında göstərdi ki, X8 tərəfindən verilmiş şikayətlə tanış olmuşdur. Sözügedən şikayət əsassızdır. Belə ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəəri Dövlət Xidmətimi Əsasnaməsi”ni və “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqınd« Əsasnaməsi”ni rəhbər tutaraq torpaq sahəsinin istifadə vəziyyəti, qanunsuz olaraq tikintis aparılan obyektlər və davam edən tikintilər, eləcə də torpaq qanunvericiliyinin tələblərini? pozulması hallarının qarşısının alınmasından ötrü Astara rayonu Kijəbə qəsəbəsi ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı sözügedən ərazidə "xxxx" MMC-niı direktoru X8 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsind; balıq artırma müəsisəsi inşa olunduğu aşkar olunmuşdur. X11h istifadə etdiyi torpaq sahəsinə dair **********32 reyestr nömrəli çıxarış əsasında qız X3 mülkiyyətində olan 0.84 ha kənd təsərrüfatı təyinatlı (əkin tarpaq sahəsinin sənədlərini təqdim etmişdir. X1 qız X3 mülkiyyətində olan 0.84 ha kənd təsərrüfatı təyinatlı (əkin tarpaq sahəsindən icarə müqaviləsi əsasənda istifadə etdiyi bildirmiş və "xxxx" MMC arasında bağlanılan 410 nömrəli icarə müqaviləsini təqdim etmişdir. X10 inşa olunan tikililərə dair Astara Rayon İcra Hakimiyyətinin başçısının Astara rayonu Kijəbə qəsəbəsi ərazisində akvakultura fəaliyyətinin həyata keçirilməsi məqsədli təsərrüfata qulluq edən anbarların,kommunikasiya qurğularının,hovuzların və ofis binasının tikintisinə icazə verilməsi haqqında 06 aprel 2022-ci il tarixli 06 nömrəli sərəncamını və Astara Rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş Astara rayonu Kijəbə qəsəbəsi ərazisində tikiləcək “Beluqa Astara “ MMC-yə məxsus Nohur balıq yetişdirmə təsərrüfatı layihəsini təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq aşkar olunmuş faktla bağlı Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən X5 qanunvericiliyin tələbləri izah olunmuş və xx.xx.2023cü il tarixli akt tərtib olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 101-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN №1760494 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən poçt vasitəsi ilə ünvanına göndərilmişdir. İnzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixində X8 tərəfindən qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN1438758 saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 (bir min) manat cərimə məbləği təyin olunmuşdur. Astara Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2022-ci il tarixli 06 nömrəli sərəncamında qeyd olunur ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarının 1.2-cl bəndini və Torpaq Məcəlləsinin 9.3-cü bəndlərini nəzərə alaraq akvakultura təsərrüfatının yaradılması üçün təsərrüfata qulluq edən anbarların, kommunikasiya qurğularının, hovuzların və ofis binasının tikintisi məqsədəmüvafiqdir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın 1.2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinin “ Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi 3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, X8 tərəfindən balıqçılıq təsərrüfatı yaradılması məqsədi ilə istifadə olunan torpaq sahəsi akvakultura məqsədi ilə ayrılmış torpaq sahələrinə aid olmamaqla, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış, kənd təsərrüfatı təyinatlı kateqoriyaya aid və xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-cl maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. X8 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər hal-hazırda da pozulmaqdadır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddəsinin tələblərini nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə qəbul edilmiş 11.09,2023-cü il tarixli MN ******* saylı inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X8 tərəfindən verilmiş şikayətin əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin torpaqların idarə edilməsi istifadəsinə nəzarət sektorunun müdiri X13 tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X6 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysetrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeyinti, o cümlədən qida məhsullarının ilkin istehsalı üçün şirin su hövzələrində balıqyetişdirmə üçün ********** saylı, 30 yanvar 2019-cu il tarixli çıxarış verilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Astara rayon Kijabə qəsəbəsi ərazisində Şirkətin təsisçilərindən biri X3 adına 0,84 ha torpaq sahəsi alınmışdır. 16 mart 2022-ci il tarixdə torpaq sahəsi notariat qaydada "xxxx" MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2022-ci il tarixli, 46 saylı «Astara rayonu Kijəbə qəsəbəsi ərazisində akvakultura fəaliyyətinin həyata keçirilməsi məqsədilə təsərrüfata qulluq edən anbarların, kommunikasiya qurğularının, hovuzların və ofis binasının tikintisinə icazə verilməsi haqqında» sərəncam ilə "xxxx" MMC-nin direktoru X4 Astara rayonu Kijəbə qəsəbəsində icarə müqaviləsi ilə istifadəsində olan 0.84 ha torpaq sahəsində (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********) akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün təsərrüfata qulluq edən anbarların, kommunikasiya qurğularının, hovuzların və ofis binasının tikintisinə icazə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı tərəflərin izahatları və şikayətə əlavə olunmuş sənədlərin məzmunu ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Qida X6 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysetri tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeyinti, o cümlədən qida məhsullarının ilkin istehsalı üçün şirin su hövzələrində balıqyetişdirmə üçün ********** saylı, 30 yanvar 2019-cu il tarixli çıxarış verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biri X3 adına Astara rayon Kijabə qəsəbəsi ərazisində 0,84 ha torpaq sahəsi alınmış və 16 mart 2022-ci il tarixdə torpaq sahəsi notariat qaydada "xxxx" MMC-yə icarəyə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Astara rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2022-ci il tarixli, 46 saylı sərəncam ilə "xxxx" MMC-nin direktoru X4 Astara rayonu Kijəbə qəsəbəsində icarə müqaviləsi ilə istifadəsində olan 0.84 ha torpaq sahəsində (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********) akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün təsərrüfata qulluq edən anbarların, kommunikasiya qurğularının, hovuzların və ofis binasının tikintisinə icazə verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 9.3: “'Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir.” Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi» Qaydaları Bənd 1.2: “Akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir”. Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 256 saylı «Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar Bənd 3.1: Akvakultura təsərrüfatına məxsus torpaqlar aid olduğu torpaq kateqoriyasında saxlanılır və başqa kateqoriyaya keçirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin qeyd olunan hallarını və sadalanan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, hazırki halda X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinin təkibi yoxdur. Belə ki, X8 tərəfindən qanuna müvafiq olaraq icarəyə götürdüyü torpaq sahəsində balıq yetişdirilməsi ilə məşğül olmuş, buna görə də akvakultura təsərrüfatına xidmət edən torpaq olduğu üçün əvvəlki torpaq kateqoriyasında saxlanılmış və başqa kateqoriyaya keçirilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi şöbəsinin torpaqların idarə edilməsi istifadəsinə nəzarət sektorunun müdiri X13 tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar