Məhkəmə qərarları › İş №3(018)-810/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-810/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-810/2025 05.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, xx xxxx 1995-ci ildə Astara rayonu Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən 20 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs təxminən bir ay bundan əvvəl "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmiş, həmin reklamlar onda pul qazanmaq həvəsi yaratmışdır. Bu səbəbdən də həmin vaxt "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmişdir. "Player#60364630" adlı sistemə daxil olub Kapital banka məxsus 4169 7388 3537 2974 saylı bank kartı və öz adına olan Kapital banka məxsus "Pin-up" adlı onlayn qumar oyunu proqramlarına yükləmişdir. Ümumilikdə uduzduğu məbləğ isə 2000 manat olmuşdur. O əvvəllər başqa heç bir qumar oyunlarını oynamamışdır. O, mobil telefonu ilə onlayn qumar oyununu Astara rayonunun Ərçivan qəsəbəsində olan zaman oynamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Təxminən bir ay bundan əvvəl "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmişdir. Həmin reklamlar onda pul qazanmaq həvəsi yaratmışdır. Bu səbəbdən də həmin vaxt "Pin-up" adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləmişdir. "Player#60364630" adlı sistemə daxil olaraq Kapital banka məxsus 4169 7388 3537 2974 saylı bank kartı və öz adına olan Kapital banka məxsus "Pin-up" adlı onlayn qumar oyunu proqramlarına yükləmişdir. Ümumilikdə uduzduğu məbləğ isə 2000 manat olmuşdur. Heç bir tanışı onunla birlikdə onlayn qumar oyunlarında iştirak etməmişdir. O, əvvəllər başqa heç bir qumar oyunlarını oynamamışdır. O, mobil telefonu ilə onlayn qumar oyununu Astara rayonunun Ərçivan qəsəbəsində olan zaman oynamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Astara rayon polis şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23.oktyabr 2025-ci il tarixli Raportdan görünür ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayan Şəxs qanunsuz onlayn qumar və mərc oyunları ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Astara RPŞ-nə dəvət olunmuş və aparılan araşdırmalar nəticəsində onun qanunsuz olaraq “Pin-up” onlayn qumar oyunları ilə məşğul olması müəyyən olunmuşdur. “Mobil telefona baxış keçirilməsi barədə” 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zaman mobil telefonun proqram toplusuna daxil olarkən qumar oyunlar üçün nəzərdə tutulmuş "Pinup" adlı mobil tətbiqin olması müəyyən edilmiş və orada Şəxs "Player#60364630" adlı şəxsi kabinetir müşahidə olunmuşdur. Daha sonra şəxsi kabinetdə olan “əməliyyat tarixçəsi” adlı sistemə daxil olarkən Şəxs xx.xx.2025-ci il tarixdəmn xx.xx.2025-ci il tarixədək olan müddətdə mütəmadi olaraq ayrı-ayrı məbləğlərdə pul vəsaitlərini "xxxx" ASC-nə məxsus olan 4169 7388 3537 2974 hesab nömrəli pul kartından "Pin-up" mobil telefonuna yatıraraq onlayn qumar oyunları oynaması aşkar edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1-1483 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Astara rayon Ərçivan qəsəbə sakini Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Astara RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə yüngülləşdirən, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş–cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-35-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar