Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-811/2025 27.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, X1 xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli protokollara görə ona aid olmayan 1280 manat cərimənin adından silinməsi və istifadəsində olan “Hundai-sonata” markalı, dövlət qeydiyyat nişanı ** BG *** olan avtomobilin həbsdən azad edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 50 yaşı var, tək anadır və bir qız övladı var. Rəsmən heç bir yerdə işləmir. Ailənin keçimini yaxın qohum-əqrabanın hesabına təmin edir. Təqribən 4 il bundan əvvəl doğma qardaşı onun adına "Hundai-sonata" markalı, dövlət qeydiyyat nişanı ** BG *** olan avtomobili almışdı ki, ailənin problemlərini həll etməkdə çətinlik çəkməsin. Onu da qeyd edir ki, o 2015-ci ildən sürücülük vəsiqəsi əldə etdikdən sonra sözü gedən avtomobili məhz bu məqsədlə idarə edir. 2023-cü ildə o avtomobili etibarnamə ilə müvəqqəti idarə etmək üçün X6 vermişdir ki, avtomobillə övladını Bakı şəhərinə həkim müayinsinə aparmaq üçün idarə etsin. Bir müddət övladı ilə başı qarışıq olduğu üçün Zamiq Həsənovun sürücülük etdiyi başqa vaxtlarda yol hərəkəti qaydalarını pozduğu üçün kifayət qədər cərimə olunduğunu bilməmişdir. Bununla bağlı Astara rayon Polis Şöbəsinin YPX bölməsinin əməkdaşları ona bildirdilər ki, əvvəl etibarnamə verdiyi X5 adına X3 xx.xx.2025-ci il tarixdə, saat 08:56:45-də EQ/27127300 nömrəli protokolda 640 manat və xx.xx.2025-ci il tarixdə saat 10:02:48-də tərtib edilən EQ /27129343 saylı protokolda da 640 manat, ümumilikdə 1280 manat cərimə onun adına yazılıb. Görünən odur ki, X5 yol verdiyi qanun pozuntularına görə avtomobilinə həbs qoyulub və ona aid olan 1280 manat cəriməni də onun adına yazıblar. Ona görə X3 tərtib edilən EQ/27129343 və EQ/27127300 saylı protokollar ona aid deyil. Şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinə qərarlar əlavə edilməmiş, həmçinin, həm şikayətin məzmunundan həm də şikayətə əlavə edilmiş portaldan çıxarışlardan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli qərarlar şikayət vermiş şəxs X1 adına deyil, X4 adına tərtib edilmişdir. Həmin qərarlar yalnız barəsində tərtib edilmiş şəxs tərəfindən mübahisələndirilə bilər. X1 X4 adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli qərarlardan şikayət vermək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarlarından X2 tərəfindən verilmiş şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 52, 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: X1 xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarlarından vermiş olduğu şikayət geri qaytarılsın. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-811/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-811/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver