Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-812/2025 26.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə İran İslam Respublikasında anadan olan, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, İran İslam Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən 25 noyabr 2025-ci il tarixli 00400-00981/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi "DONG FANG markalı 59AA121/59AA122 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə "479584" saylı CMR-a və 20 nömrəli xx.xx.2025-ci il tarixli İnvoysa əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına "sulu yapışqan" yükü gətirərkən, xx.xx.2025-ci il tarixdə, saat təqribən 09 radələrində Astara Gömruk İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları uçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahı şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetinin olmadığını bildirmişdir. Bundan sonra yük nəqliyyat vasitəsinin kabinəsinə yoxlama tətbiq edilmiş, həmçinin nəqliyyat vasitəsi Astara Gomruk İdarəsinin inzibati ərazisində yerləşən "HCVG" markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin heç bir huquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "DONG FANG" markalı 59AA121/59AA122 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə çıxış qapısından çıxan zaman şübhə yarandığından Dövlət Sərhəd Xidmətinin X1 Şöbəsinin əməkdaşı tərəfindən sorğu-sual edilərək təkrar yoxlanılması üçün idxal gömrük xəttinə geri qaytarılmış və sərhəd xidməti əməkdaşları ilə birgə təkrar gömrük yoxlaması tətbiq olunmuşdur. Təkrar gömruk yoxlaması zamanı İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi *59AA121/59AA122" markalı "59AA121/59AA122" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sərnişin oturacağının arxasında yatmaq uçun nəzərdə tutulmuş yataq yerinin sağ və sol tərəflərindən gömruk nəzarətindən gizlədilmiş formada 4 blok olmaqla, ümumilikdə 8 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla 1600 ədəd "Bahman" markalı siqaret aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş nəqliyyat vasitəsinin kabinasında üst yataq yerinin üzərində olan sürücüyə məxsus qara rengli gödəkçenin astarı sökulərək boşluğa yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş formada 28 qutu, hər qutuda 20 ədəd olmaqla 560 ədəd “Bahman” markalı siqaret aşkar edilmişdir. Bundan sonra sürücünün üzərinə şəxsi yoxlama aparılmiş, səxsi yoxlama zamanı Şəxs sağ və sol ayağına geyindiyi corabların içərisinə yerləşdirilmiş hər birində 11 qutu olmaqla 22 qutu, hər qutuda 20 ədəd olmaqa ümumilikdə 440 ədəd “Bahman" markalı siqaret aşkar edilmişdir. X2 Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DONG FANG” markalı 59AA121/59AA122 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən və üzərindən gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunmuş ümumilikdə 13 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla 2600 ədəd "Bahman" markalı siqaret araşdırma ilə əlaqədar göturulərək saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol ilə razı olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan 11 noyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 09 radələrində Astara Gömruk İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları uçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetinin olmadığını bildirmişdir. Bundan sonra yük nəqliyyat vasitəsinin kabinəsinə yoxlama tətbiq edilmiş, həmçinin nəqliyyat vasitəsi Astara Gomruk İdarəsinin inzibati ərazisində yerləşən "HCVG" markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin heç bir huquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "DONG FANG" markalı 59AA121/59AA122 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə çıxış qapısından çıxan zaman şübhə yarandığından Dövlət Sərhəd Xidmətinin X1 Şöbəsinin əməkdaşı tərəfindən sorğu-sual edilərək təkrar yoxlanılması üçün idxal gömrük xəttinə geri qaytarılmış və sərhəd xidməti əməkdaşları ilə birgə təkrar gömrük yoxlaması tətbiq olunmuşdur. Təkrar gömruk yoxlaması zamanı İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi *59AA121/59AA122" markalı "59AA121/59AA122" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sərnişin oturacağının arxasında yatmaq uçun nəzərdə tutulmuş yataq yerinin sağ və sol tərəflərindən gömruk nəzarətindən gizlədilmiş formada 4 blok olmaqla, ümumilikdə 8 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla 1600 ədəd "Bahman" markalı siqaret aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş nəqliyyat vasitəsinin kabinasında üst yataq yerinin üzərində olan sürücüyə məxsus qara rengli gödəkçenin astarı sökulərək boşluğa yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş formada 28 qutu, hər qutuda 20 ədəd olmaqla 560 ədəd “Bahman” markalı siqaret aşkar edilmişdir. Bundan sonra sürücünün üzərinə şəxsi yoxlama aparılmiş, səxsi yoxlama zamanı Şəxs sağ və sol ayağına geyindiyi corabların içərisinə yerləşdirilmiş hər birində 11 qutu olmaqla 22 qutu, hər qutuda 20 ədəd olmaqa ümumilikdə 440 ədəd “Bahman" markalı siqaret aşkar edilmişdir. X2 Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “DONG FANG” markalı 59AA121/59AA122 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən və üzərindən gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunmuş ümumilikdə 13 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla 2600 ədəd "Bahman" markalı siqaret aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs izahatında gömrük nəzarətindən gizlədilmiş formada ümumilikdə 2600 ədəd "Bahman" markalı siqaret aparmasını etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2025-ci il tarixli, 7/1409 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Aksiz markası olmayan “Bahman” markalı ştrix koduna görə ilk üç rəqəmi 626 olan İran istehsalı filtrli siqaret- tütün məmulatlarının orqanoleptiki keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2025-ci il tarixli, 7/1409 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 70 manat təşkil edir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 25 noyabr 2025-ci il tarixli, 12-L nömrəli mütəxəssis rəyindən görünür ki, "Bahman" markalı 26000 ədəd siqaretlərin xx.xx.2025-ci il tarixinə uyğun ayrılıqda və ümumi orta bazar qiyməti 182.0 manatdır. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin anbarında saxlanılan 13 blok, hər blokda 10 qutu, hər qutuda 20 ədəd olmaqla ümumilikdə 2600 ədəd “Bahman” markalı, ümumi dəyəri 182.0 manat dəyərində olan siqaret müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-812/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-812/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver