Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-818/2024 03.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1985-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Astara Rayon Məhkəməsinin icraatına Astara Gömrük İdarəsindən Şəxs barəsində tərtib edilmiş 00400-00817/24 nömrəli, 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi, 2-ci bölmədən daxil olmuş 19.07 2024-cü il tarixli 3-33-1300/012/001999 saylı raportun icrası ilə əlaqədar X2 tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı X3 məxsus "Dong Feng" markalı, "33AA301/302" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası, Astara şəhərində yerləşən "X7 Astara” şirkətindən Azərbaycan Respublikası Astara rayon sakini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 ünvanına yükü müşaiyət edən sənədlərə əsasən mətbəx və məişət əşyaları yükü göndərilmişdir. 17.07 2024-cü il tarixdə Astara Gömrük İdarəsinə daxil olmuş mətbəx və məişət əşyaları" adlı yük sərbəst dövriyyə buraxılış - idxal gömrük prosseduru altında rəsmiləşdirildikdən sonra sözügedən yükə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə göstərilənlərlə qoşquda olan "mətbəx və məişət əşyaları" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı mal müşayiət sənədlərində və gömruk bəyannaməsində ümumiyyətlə göstərilməyən və bəyan olunmayan "süni güllər və kollar" yükü aşkar olunmuşdur. Sonra həmin "süni güllər və kollar yükü oradan çıxarılaraq, baxılmış, sayılmış və 04 (dörd) qutuda ümumilikdə 250 (iki yüz əlli) ədəd plastik kütlədən hazırlanmış təxmini uzunluğu 90 sm olan süni güllər; 02 (iki) qutuda, ümumilikdə 380 (üç yüz səksən) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 60 sm olan süni güllər; 364 (üç yüz altmış dörd) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 90 sm olan, üzərində çiçəyi olmayan süni güllər; 07 (yeddi) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 160 sm olan, uzunsov formalı süni kollar; 08 (səkkiz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 140 sm olan, uzunsov formalı süni kollar; hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 120 sm olan süni kollar; Hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 100 sm olan süni kollar; hər biri 03 (üç) budaqdan ibarət, ümumi sayı 19 (on doqquz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu təxmini 100 sm olan süni kollar; 03 (üç) kisədə, ümumilikdə 83 ədəd, dördbucaqlı formasında olan, qazona bənzər plastik kütlədən hazırlanmış süni kollar yükü olduğu məlum olmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 04 (dörd) qutuda ümumilikdə 250 (iki yüz əlli) ədəd plastik kütlədən hazırlanmış təxmini uzunluğu 90 sm olan süni güllər; 02 (iki) qutuda, ümumilikdə 380 (üç yüz səksən) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 60 sm olan süni güllər; 364 (üç yüz altmış dörd) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 90 sm olan, üzərində çiçəyi olmayan süni güllər; 07 (yeddi) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 160 sm olan, uzunsov formalı süni kollar; 08 (səkkiz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 140 sm olan, uzunsov formalı süni kollar; hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 120 sm olan süni kollar; Hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 100 sm olan süni kollar; hər biri 03 (üç) budaqdan ibarət, ümumi sayı 19 (on doqquz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu təxmini 100 sm olan süni kollar; 03 (üç) kisədə, ümumilikdə 83 ədəd, dördbucaqlı formasında olan, qazona bənzər plastik kütlədən hazırlanmış süni kollar ona məxsusdur. Hazırda əməlindən peşimandır. Maddi imkanı aşağı olduğundan barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında, ekspertiza təyini haqqında qərardadda göstərilən 09 adda suni güllər və kolların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11081,00 manat müəyyən edilir. Həmin suni güllər və kolların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materialını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi və əlavə vərəqdən görünür ki, qeyd olunan sənədlərin 31-ci (malların təsviri) qrafasında 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilən yüklər qeyd edilməmiş, həmçinin xx.xx.2024-cü il tarixli ekspert rəyində bəyan edilməyən yüklərin dəyəri 11081,00 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən, gömrük bəyannaməsi–malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin qeyd hissəsində göstərilir ki, bu məcəllənin 479-481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin anbarında saxlanılan “04 (dörd) qutuda ümumilikdə 250 (iki yüz əlli) ədəd plastik kütlədən hazırlanmış təxmini uzunluğu 90 sm olan süni güllər; 02 (iki) qutuda, ümumilikdə 380 (üç yüz səksən) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 60 sm olan süni güllər; 364 (üç yüz altmış dörd) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 90 sm olan, üzərində çiçəyi olmayan süni güllər; 07 (yeddi) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 160 sm olan, uzunsov formalı süni kollar; 08 (səkkiz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 140 sm olan, uzunsov formalı süni kollar; hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 120 sm olan süni kollar; Hər biri 02 (iki) budaqdan ibarət, ümumi sayı 13 (on üç) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu 100 sm olan süni kollar; hər biri 03 (üç) budaqdan ibarət, ümumi sayı 19 (on doqquz) ədəd plastik kütlədən hazırlanmış, təxmini uzunluğu təxmini 100 sm olan süni kollar; 03 (üç) kisədə, ümumilikdə 83 ədəd, dördbucaqlı formasında olan, qazona bənzər plastik kütlə” dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-818/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-818/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver