Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-819/2024 23.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində yaşadıqları Astara şəhəri H.Əliyev prospekti 243-8 saylı yaşayış binasının qarşısında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə həyətdə uşaqlarla bağlı aralrında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhəri H.Əliyev prospektində yerləşən 243-8 saylı yaşayış binasında dördüncü mərtəbədə ev kirayə götürməklə yay aylarında orada yaşayır. 30 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində binanın həyətində dayısı qızı 13 yaşlı Aysun və öz körpəsi ilə olan zaman qonşusu Zərərçəkmiş şəxs binanın həyətinə gəlmiş və Aysuna yoldan çəkilməsini demişdir. Aysun onu görmədiyini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs ona nalayiq söz demişdir. Zərərçəkmiş şəxs uşağa nə üçün belə söz dediyi ilə bağlı narazılığını bildirmiş və aralarında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı onlar bir birilərini qarşılıqlı olaraq itələmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs qarşı heç bir şikayəti yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara şəhəri H.Əliyev prospektində ümumi yaşayış binasının 2-ci mərtəbəsində ailəsi ilə birlikdə yaşayır. Xatirə adlı xanım həmin binanın 4-cü mərtəbəsində yaşayır. 30 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində həyat yoldaşı Qəribov Şahin evə gələcəyindən həyətə düşmüşdür ki, binanın yan tərəfində olan qapını açsın. Həmin zaman Xatirə azyaşlı uşaqlarla qapının yanında durmuşlar. Uşaqlara yoldan çəkilmələrini bildirmişdir. Şəxs isə həmin zaman ona uşalarla niyə belə danışdığı barədə irad bildirərək üzərinə hücum çəkmişdir. Şəxs onu nalayiq söyüşlərlə söyərək, onun qarın nahiyyəsinə təpiklə zərbə vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Astara rayon polis şöbəsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd olunması haqqında» 09 avqust 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində yaşadıqları Astara şəhəri H.Əliyev prospekti 243-8 saylı yaşayış binasının qarşısında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə təpiklə vuraraq onu qəsdən döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-819/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-819/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver