Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-822/2024 23.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Astara rayon polis şöbəsinin əməkdaşları X1, X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu pensər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında Astara rayon polis şöbəsinin əməkdaşları X1 və X2 qanuni tələblərinə, yəni onu intizama dəvət etmələrinə baxmayaraq, polis əməkdaşının xidməti vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu Pensər kəndində yaşayır. Ailəlidir, ailəsi ilə aralarında münaqişə yaranmışdır. Buna görə də polis şöbəsinə dəvət olunmuşdur. 23 sentyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında olan zaman, yəni həmin hadisə ilə bağlı arvadının şikayəti ilə əlaqədar polis şöbəsinə dəvət olunan zaman hirsli olduğu üçün nalayiq ifadələr işlətmiş, ba zaman Astara rayon polis şöbəsinin əməkdaşları X3 və X5 onun yanına gələrək, özlərini təqdim etmiş və onu intizama dəvət etmişdir. Lakin, hirsli olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin əməkdaları X3 və X5 bildirdilər ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında olan zaman nalayiq ifadələr işlətməklə uca səslə söyüş söymüşdür. Bu zaman ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu intizama dəvət etmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, Şəxs qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara rayon polis şöbəsinin əməkdaşı Fərid Həmidov tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs Astara rayon polis şöbəsinin qarşısında olan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, inzibati xəta hadisəsi bilavasitə polis şöbəsinin inzibati binasında baş vermiş, inzibati xətanı törədən şəxs Şəxs dəfələrlə ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq, polisin qanuni tələbinə, yəni polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş, nəticədə qısa müddətdə olsa da, polis şöbəsinin normal iş rejiminin pozulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini qanuni hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-822/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-822/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver