Məhkəmə qərarları › İş №3(018)-831/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-831/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-831/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Astara rayonu Şüvi kənd sakini X4 xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 11000 (on bir min) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitini qaytarmamsına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 483-cü maddəsi ilə təqsirli bilinib 8010 (səkkiz min on) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 25 sentyabr 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 şikayət ərizəsindən məlum olur ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı Günel Pənahovanın tərtib etdiyi 16 iyun 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol əsasında həmin idarənin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 11000 (on bir min) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitini qaytarmamsına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 483-cü maddəsi ilə təqsirli bilinib 8010 (səkkiz min on) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Halbuki o, həmin inzibati xətanı törətməmişdir. Belə ki, o, İraq Respublikasında fəaliyyət göstərən Umar Asadla arasında bağlanmiş 08 fevral 2019-u il tarixli, 001 nömrəli müqaviləyə əsasən Baki BaşGömrük İdarəsinda 15 fevral 2019-cu il tarixli,**********09986 va 20 fevral 2019-cu il tarixli, **********011061 nömrəli gömrük bəyannamələri ilə rəsmləsdirmə apararaq hər biri 5500 ABS dollar olmaqla, ümumilikdə 11000 (on bir min) ABS dollar dəyərində kəpəkli buğda Azərbaycan Respublikasindan ixrac edilmişdir. Qeyd edilən xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 11000 ABS dollar məbləğində pul vəsaiti Azərbaycan Respublikasinin "xxxx" ASC-nin hesabina köçürülmüşdür. Lakin buna baxmayaraq 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasi Dövlat X12 Baş Gömrük İdarasi meliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatcisi X9 qizi tərəfindən barəmdə inzibati xəta haqqında protokol və 03 iyul 2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəis müavini X8 tərəfindən inzibati tənbeh vermə haqqinda qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 483-cü maddəsi ilə təqsirli bilinib 8010 (səkkiz min on) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Baki Baş Gömrük İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqinda qərari 15 sentyabr 2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsindən rəsmi almışdır. O, Baki şəhərində qeydiyyatda olsam da ailə üzvlərimlə birlidə Astara rayonu,Şüvi kəndində yaşayır. Odur ki, o, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, 16 iyun 2023-cü il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatcısı, gömrük xidməti kapitani X3i tərəfindən vəzifəli şəxs X5 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikasi iXM-nin 483-cü maddəsi ilə 00100-01569/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır.16 iyun 2023-cü il tarixdə vəzifəli şəxs X6 barəsində inzibati araşdırma başa çatdığından Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat söbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X10 qizi tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikasi İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə dair işə baxılması həmin məcəllənin 44-cü maddəsinə əsasən onun səlahiyyətinə aiddir, X6 ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mallari fəaliyyət istiqamətinə uyğun Azərbaycan Respublikasina idxal etməklə belə səlahiyyətləri yerinə yetirmiş, buna görə Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilir, tərəfimdən işə baxılmasını istisna edən hallar mövcud deyildir, inzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyildir, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanılmışdır. İnzibati xəta haqqinda protokoldan görünür ki, Hüquqi səxs yaratmadan sahibkarliq fəaliyyeti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs X6 (**********) tərəfinden 11.02 2017-ci il tarixinden 01.11 2022-ci il tarixədək muddət ərzində rəsmiləşdirilən 15 fevral 2019-cu il tarixli **********9986 və 20 fevral 2019-cu il tarixli **********1061 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 11000 ABS dollari mebləğində vəsaitin müvəkkil_bankda olan hesaba köcürülmədiyi qeyd edilmişdir Raporta qosma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi səxsin adından bağlanılmış 001 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə aparilan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda 11000 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat söbəsində aparılan araşdırma ilə bağlı X2 izahatı alınmış, o izahatında 2018-ci ildən sahibkarliq fəaliyyəti ilə məşğul olduğunu, sahibkarlıq fəaliyyət istqamətinin kəpəkli buğda malının ixracından ibarət olduğunu, 2019-cu ildə dostu Maqsudun ona İraqa buğda ixrac etmək istədiyini və VÖEN-i olmadığı üçün kömək istədiyini, 2019-cu ildə dostu Maqsudun lraqda yaşayan Umar Asad adli şəxsə 2 gömrük bəyannaməsi üzrə 11000 ABS dollari dəyərində kəpəkli buğda yükünü ixrac etdiyini, həmin pulların ona aid olmadiği ücün geri qaytarılıb qaytarılmadığı ilə maraqlanmadığını, bu halları aydınlaşdırmaq üçün müddət verilməsi xahiş etdiyini, 001 nömrəli müqavilənin özü tərəfindən imzalandiğinı, ünvanina göndərilən xəbərdarliq və bildirişin həmin ünvanda yaşamadığı üçün tərəfindən qəbul edilmədiyini bildirmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X5 (VOEN **********) ilə iraq Respublikasinda fəaliyyət göstərən Umar Asad arasında bağlanılmış 001 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük ldarəsində15 fevral 2019-cu il tarixli **********9986 və 20 fevral 2019-cu il tarixli **********1061 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirmə aparib ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 11000 ABS dollari dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 11000 ABS doliarı məbləğində pul vəsaiti Azərbaycan Respublikasinin qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankinin hesabina məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxiş nəticəsində X5 (VÖEN: **********) tərəfindən 001 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etməklə 15 fevral 2019-cu il tarixli **********9986 və 20 fevral 2019-cu il tarixli **********1061 sorğu nömrəli gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyət nəticəsində az miqdarda milli valyutaya nisbətdə18700 (on səkkiz min yeddi yüz) AZN - 11000 ABS dolları xarici valyuta məbləğində pul vəsaitinin Azərbaycan Respublikasinin qanunvericiliyinə müvafiq olaraq_Azerbaycan Respublikasinin müvəkkil edilmiş bankinın hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İs materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet çıxarışına əsasən 11000 ABS dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 18700 manat təşkil etmişdir. Ona görə də Astara rayonu Şüvi kənd sakini X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 11000 (on bir min) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitini qaytarmamsına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 483-cü maddəsi ilə təqsirli bilinib 8010 (səkkiz min on) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. İş materiallarına əlavə olunmuş Astara rayon Şüvi kənd icra nümayəndəsinin 29 sentyabr 2023-cü il tarixli arayışından məlum olur ki, X6 Bakı şəhərində qeydiyyatında olmasına baxmayaraq, Astara rayon Şüvi kəndində valideyinləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin X2 11 fevral 2019-cu il tarixdən, 30 may 2023-cü il tarixə kimi olan dövr ərzində debet və kredit üzrə qalıq borcu yoxdur. İş materiallarına əlavə olunmuş maliyyə sənədlərindən məlum olur ki, X6 08 fevral 2019-u il tarixli, 001 nömrəli müqaviləyə əsasən Baki BaşGömrük İdarəsinda 15 fevral 2019cu il tarixli,**********09986 va 20 fevral 2019-cu il tarixli, **********011061 nömrəli gömrük bəyannamələri ilə rəsmləsdirmə apararaq hər biri 5500 ABS dollar olmaqla, ümumilikdə 11000 (on bir min) ABS dollar dəyərində kəpəkli buğda Azərbaycan Respublikasindan ixrac edilmişdir. Qeyd edilən xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 11000 ABS dollar məbləğində pul vəsaiti Azərbaycan Respublikasinin "xxxx" ASC-nin hesabina köçürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusutəşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibatixəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X6 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməl hüquqa ziddolmamışdır və məhz fiziki şəxs X6 tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin fiziki şəxs X6 tərəfindən pozulmamışdır ki, bu da, AzərbaycanRespublikası İXMnin 483-cü maddəsinin təsiri altına düşmür. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xariciiqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrətoplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hüquqi şəxsin qanuni nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, sözügedən pul vəsaitinin ödənilməsi işin icraatına inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təminedilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, fiziki şəxs X6 tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş mallar 15 fevral 2019-cu il tarixli **********9986 və 20 fevral 2019-cu il tarixli **********1061 sorğu nömrəli gömrük bəyannamələri üzrə İraqa ixrac edilmiş və ixrac edilmiş 11000 ABŞ dolları dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləğləri müvəkkil bank hesabına köçürülmüşdür. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 180 gün müddətin axımı vəsaitin bəyan edildiyi 15 fevral 2019-cu il və 20 fevral 2019-cu il tarixdən başlanmış və 15 avqust 2019-cu il və 20 avqust 2019-cu il tarixdə başa çatmaqla inzibati xəta, növbəti gündən törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol həmin müddət başa çatdıqdan 4 ildən artıq müddət keçdikdən sonra, 16 iyun 2023-cü il tarixdə tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir...”. Göründüyü kimi, artıq bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu vahid hüquqi mövqe formalaşdırmışdır və inzibati məsuliyyətə cəlb etmə müddəti barədə mövqe kifayət qədər geniş formada əsaslandırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtının 15 avqust 2019-cu il və 20 avqust 2019-cu il tarix olması müəyyən edilməli, inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, X6 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, o, inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.2-cı maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlərüzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatınaxitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6 oğlunun şikayəti təmin edilsin. Astara rayonu Şüvi kənd sakini X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 8010 (səkkiz min on) manat miqdarında cərimə edilməsi barədə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 03 iyul 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. X6 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar