Məhkəmə qərarları › İş №3(018)-832/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-832/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-832/2023 04.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və hakim köməkçisi X3 oğlunun katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Astara rayonun, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu Burzubənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin tərəfindən AR İXM-nin 552-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xidmətin səlahiyyətli əməkdaşının xidməti vəzifələrinin yerinə yetirilməsinə mane olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, uzun müddətdir ki, özünəməxsus Mercedes-Benz mikroavtobus markalı 01 BS548 dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin daşınma fəaliyyətini həyata keçirir. Bununla bağlı müvafiq olaraq sürücülük vəsiqəsi və sərnişindaşınma üçün fərqlənmə nişanı vardır. Ona sonuncu fərqlənmə nişanını 23 avqust 2023-cü il tarixdə verilmiş və həmin sənəd 23 sentyabr 2023-cü il tarixədək qüvvədə olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşlıarı 22 sentyabr 2023-cü il tarixdə onu saxlamışlar, o da fərqlənmə nişanı 23 sentyabr 2023-cü il tarixdə bitəcəyini bildirsədə Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Ləğv olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında protokol tərtib etmiş Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (protokol tərtib etmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən verilmiş Şəhərdaxili fəaliyyət göstərən avtobuslar üçün 077665 saylı 23 avqust 2023-cü il tarixli “Fərqlənmə nişanından” görünür ki, Şəxs sərnişindaşınma fəaliyyəti üçün ona verilmiş fərqlənmə nişanı 23 sentyabr 2023-ci il tarixdə bitir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli MN1898756 saylı protokoldan görünür ki, Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları Şəxs barəsində protokol tərtib edərkən onun “Fərqlənmə nişanı” bitməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun iddia etdiyi halı inkar edən sübutlar olmalıdır; belə sübutlar isə yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci madəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrini göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov ASTARARAYONMƏHKƏMƏSİ AZ 0700 Astara şəhəri, H.Əliyev prospekti, 07 Tel:(025 22) 5-24-30, Faks: (025 22) 5-24-40 № 3(018)-523/2019 16 oktyabr 2019-cu il Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Lənkəran Regional Şöbəsinə Ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75 X2 Ünvan: Lənkəran rayonu, Siyavar kəndi Astara rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 3(018)-523/2019 saylı qərarı məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəq (qərarın surəti) Astara rayon Məhkəməsinin sədri: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar