Məhkəmə qərarları › İş №3(018)-834/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-834/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-834/2024 02.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Astara Rayon Məhkəməsinin icraatına X3 Astara şəhəri, S.Vurğun küçəsi ev 7 ünvanında yaşayan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* və 02.10 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Astara şəhəri ərazisində “Şahin” şadlıq sarayının qarşısında X1 nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində “Şahin” şadlıq sarayında Şəxs Zərərçəkmiş şəxs təhqir etmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 834/2024 nömrəli iş bir icraatda 3(018)-833/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 834/2024 nömrəli iş bir icraatda 3(018)-833/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar