Məhkəmə qərarları › İş №3(018)-839/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-839/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-839/2023 28.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X6 oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sərxan oğlunun iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Lənkəran şəhərindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Lənkəran şəhəri, Əliağa Vahid küçəsi ev 47-də qeydiyyatda olmaqla orada yaşayan - Şəxs Sərxan oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Sərxan oğlu 27 sentyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olarkən X3 tərəfindən maşını yoxladıqdan sonra xətdən çıxarılmasına göstəriş verilməsinə baxmayaraq, sonuncu yük maşını xətdən çıxarılmaqdan imtina etmiş, gömrük əməkdaşlarının qanununi tələblərinə cavab verməmişdir. Bu zaman Astara RPŞ-nin əməkdaşları ona yaxınlaşmış etdiyi hərəkətin inzibati xəta olmasını ona dəfələrlə izah etməsinə baxmayaraq, o öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs Sərxan oğlu ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 28 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş,həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Sərxan oğlu vermiş olduğu izahatında göstərdi ki, 28 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “DAF” markalı 99CJ994/99ZA260 dövlət qeydiyyat nişanlı yük maşını ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olarkən qanunvericiliyin tələblərinə əsasən idarə etdiyi yük Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən maşını yoxlamışlar. Gömrük əməkdaşları maşının kabinasında olan 8 ədəd qutunu və orada olan əşyları yerə qoymağını tələb etmişlər, gömrük əməkdaşları əşyalara və maşına baxış keşirdikdən sonra, kinoloq dəvət olunmuş və yenidən maşına baxış keşirmişlər. Bu zaman əsəbi olduğundan maşının qapısını bağlamış həmin yerdən uzaqlaşmışdır. Bir müddət sonra geri qayıtmışdırş. Həmin vaxt Astara RPŞ-nin əməkdaşlarıda Astara Gömrük İdarəsinə gəlmişdir. Bu zaman gömrük və polis əməkdaşları onu intizama dəvət etsələr də həmin vaxt əsəbi olduğundan onlara qarşı tabesizlik göstərmişdir. Daha sonra etdiyi hərəkətin səhf olduğunu başa düşmüş, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 vermiş olduğu izahatında göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olduğu zaman daxil olmuş məlumat əsasında Astara RPŞ-nin İTB-nin rəisi, polis kapitanı Şahin Osmanov və PPXBnin polis nəfəri, polis baş serjantı Bayram Əskərov ilə Astara Gömrük idarəsinə getmişlər. Hadisə yerində olan zaman adı sonradan onlara məlum olan Lənkəran şəhər sakini Şəxs Sərxan oğluna məxsus “DAF” markalı yük maşını ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olarkən X3 tərəfindən maşını yoxladıqdan sonra xətdən çıxarılmasına göstəriş verilməsinə baxmayaraq, sonuncu yük maşını xətdən çıxarılmaqdan imtina ediyini görmüşdür. Bu zaman o, vətəndaşa yaxınlaşaraq özünü təqdim etmiş, daha sonra xətdə yük maşını saxlamaqla digər yük maşınlarının hərəkətlərinin məhdudlaşdırılması və etdiyi hərəkətlərin inzibati xəta olmasını ona dəfələrlə izah edilməsinə baxmayaraq vətəndaş Şəxs Sərxan oğlu fikirlərinə məhəl qoymayaraq etdiyi qanunsuz hərəkətlərinə davam edib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs Sərxan oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin İ Bölməsinin baş müfəttişi X4 vermiş olduğu izahatında göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Astara Gömrük İdarəsində xidmətdə olan vaxt, Lənkəran rayon sakini Şəxs Sərxan oğlu idarə etdiyi “DAF” markalı 99CJ994/99ZA260 dövlət qeydiyyat nişanlı yük maşını ilə İran İslam Respublikasından idxal nəzarət xəttinə daxil olmuşdur. Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin yük xəttində 2 saatdan artıq xətti saxlamış, süni maneələr yaratmış, onların iş prinsipini pozmuşdur. Maşında olan gömrüyə bəyan olunası malları təqdim etməkdən boyun qaçırmış, yük nəqliyyat vasitəsinin yoxlanılmasını yarımçıq saxlamışdır. Dəfələrlə ona edilən xəbərdarlığa baxmayaraq Şəxs Sərxan oğlu onun qanuni tələblərinə məhəl qoymayaraq intizamsızlıq göstərmişdir. Daha sonra idaxl xəttinə qayıtmış, nəqliyyat vasitəsində nəzərdə tutlmuş saydan artıq miqdarda siqaretlərini verməkdən imtina edərək maşının qapılarını bağlamışdır. Daha sonra polis əməkdaşları dəvət olunmuş, polis əməkdaşları gəldikdən sonrada Şəxs Sərxan oğlu öz qanunsuz hərəkətlərini davam etmişdir. Odur ki, Şəxs Sərxan oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin İ Bölməsinin inspektoru X1 oğlu şahid Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin İ Bölməsinin baş müfəttişi X4 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərxan oğlunun qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs Sərxan oğlu 27 sentyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Astara Gömrük İdarəsində idaxla xəttində süni maneələr yaratmış gömrük və polis əməkdaşları onu nizam intizama dəvət etməsinə məhəl qoymayaraq qanunazidd əməllərinə davam etdiyinə görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 27 sentyabr 2023-cü il tarixli, 199 saylı protokoldan görünür ki, Şəxs Sərxan oğlu xx.xx.2023-cü il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərxan oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərxan oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Sərxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs Sərxan oğlu barəsində olan inzibati həbsin müddəti 27 sentyabr 2023-cü il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar