Məhkəmə qərarları › İş №3(018)-841/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-841/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-841/2024 05.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, X1 inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xəta haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X3 şikayət ilə müraciət edərək, Məhkəmədən, barəsində tərtib olunmuş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 məhkəməyə ünvanladığı şıkayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərar ləğv edilsin və işin icraatına xitam verilsin. İşə baxılmasının yeri və vaxtı barədə X2 və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə məlumat verilsə də, X3 və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə X1 və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərara xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərara xitam verilməsi barədə şikayətinin təmin olunmamasını və X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ22502319 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 inzibati xəta haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22502319 saylı elektron qərara xitam verilməsi barədə şikayəti təmin olunmasın. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ22502319 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar