Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-845/2023 17.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ilə, xx.xx.1997-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu Ojəkəran kəndində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən AR İXM-nin 552-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs idarə etdiyi “MersedesBenz” mikroavtobus markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 552-ci maddəsinin tələblərini pozmuş, qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan sənədləri xidmətin səlahiyyətli əməkdaşına təqdim etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırki protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşlarının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmasını müəyyən edilir. Lakin İXM-nin 552-ci maddəsində qeyd olunan qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan sənədlərin təqdim edilməməsinə görə Məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və öz müdafiəsi üçün heç bir əsas (arqument) gətirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini göstərişini rəhbər tutaraq Məhkəmə qərara aldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-845/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-845/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver