Məhkəmə qərarları › İş №3(018)-858/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-858/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-858/2025 15.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokolu tərtib edən şəxs-X1, Zərərçəkən şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Astara rayonu Noyabud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Astara rayonu Ojakəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta hadisəsi barədə protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:39 radələrində Astara rayonu, Ojəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs sürücülük hüququndan məhrum olunmuş və etibarnamə olmadan idarə etdiyi Ford taransit yük markalı, 77XN405 d/q nişanlı avtomobillə Astara şəhəri, H.Əliyev prospekt yolunda idarəetməni itirərək, yolun sağ kənarında dayanmış vəziyyətdə olan Astara rayonu, Suparibağ sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə adında olan QAZ33021 yük markalı, 07BB106 d/q nişanlı avtomobilinə, Astara rayonu, Suparibağ kənd sakini Zərərçəkmiş şəxs2 etibarnamə ilə adında olan Mersedes markalı, 99CP847 d/q nişanlı avtomobilinə, Astara rayonu, Artupa kənd sakini Zərərçəkmiş şəxs3 etibarnamə ilə adında olan Hyundai Sonata markalı, 50DV465 d/q nişanlı avtomobilinə və sonuncunun avtomobili qarşısında dayanmış vəziyyətdə olan Astara rayonu, Sərək kənd sakini Zərərçəkmiş şəxs4 etibarnamə ilə adında olan Honda markalı, 90BC737 d/q nişanlı avtomobilinə toqquşması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:39 radələrində sürücülük hüququ olmadan idarə etdiyi QAZ33021 yük markalı, 07BB106 d/q nişanlı avtomobillə Astara şəhəri, H.Əliyev prospekt yolunda yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona elan olunmuş inzibati xətada özünü təqsirli bilərək göstərdi ki, əməlindən peşmandır və bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədə zərərçəkən şəxs Zərərçəkmiş şəxs4 bildirdi ki, etibarnamə ilə adında olan Honda markalı, 90BC737 d/q nişanlı avtomobilinə toqquşması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. 350 manat ziyan dəymişdir və ödənilib. Hazırda Şəxs şikayətçi deyil. Məhkəmədə zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 bildirdi ki, etibarnamə ilə adında olan Hyundai Sonata markalı, 50DV465 d/q nişanlı avtomobilinə toqquşması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda Şəxs şikayətçi deyil. Məhkəmədə zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, etibarnamə ilə adında olan Mersedes markalı, 99CP847 d/q nişanlı avtomobilinə toqquşması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda Şəxs şikayətçi deyil. Məhkəmədə zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, etibarnamə ilə adında olan QAZ33021 yük markalı, 07BB106 d/q nişanlı avtomobilinə toqquşması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda Şəxs şikayətçi deyil. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə görə törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 332.4-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməsini nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 332.4, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar