Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-859/2025 18.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ilə məhkəməyə müraciət edərək, X7 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayır. 50 yaşım var, tək anadır, bir qız övladı vardır. Rəsmi heç bir yerdə işləmir. Yaxın qohumlarının hesabına dolanır. Təxminən 4 il əvvəl qardaşı onun adına "Hyundaisonata" markalı avtomobil almışdır. Həmin avtomaşının dövlət qeydiyyat nömrəsi ** BG ***-dir. Qardaşı həmin avtomaşını onun üçün almışdır ki, ailəsinin problemlərini həll etməkdə çətinlik çəkməsin. Onu da qeyd edir ki, o 2015-ci ildən sürücülük vəsiqəsi əldə etdikdən sonra sözügedən avtomobili bu məqsədlə idarə edir. 2023-cü ildə o özünə məxsus avtomaşını müvəqqəti idarə etmək üçün etibarnamə ilə X6 vermişdir ki, o, avtomaşınla övladını Bakı şəhərinə həkim müayinəsinə aparmaq üçün idarə etsin. Bir müddət övladı ilə başı qarışdığı üçün Zamiq Həsənov sürüclük etdiyi başqa vaxtlarda yol hərəkəti qaydalarını pozduğu üçün kifayət qədər cərimə edilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun da hüquqi savadı olmadığına görə ona verdiyi etibarnaməni ləğv etməmişdir. Buna görə də o 05 aprel 2024-cü il tarixdə özünə məxsus avtomaşını idarə edərkən yol verdiyi inzibati xətaya görə ona yazılmalı olan 02 inzibati xətaya görə cəmi 20 manat inzibati cərimələr avtomaşını idarə etmək üçün sonuncu etibarnamə X5 adına verildiyi üçün onun adına yazılmış və onun sürücülük hüququ məhdudlaşdırıldığı üçün də həmin 02 inzibati xətaya görə cərimələrin məbləği 800 manat olmuşdur. Belə ki, o özünə məxsus avtomaşını özü idarə etmiş və yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşmışdır və bunun da cəriməsi 10 manat edir, həmin günü 02 dəfə eyni xətanı törətmiş və bu da Ümumilikdə 20 manat edir. Lakin həmin xətalar sonuncu etibarnamə X3 adına verildiyi üçün onun adına yazılmış və onun da Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərətindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olduğuna baxmayaraq nəqliyyat vasitəsini idarə etdiyinə görə hər bir xətaya görə 400 manat, hər iki xətaya görə isə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin cərimələr vaxtında ödənilmədiyi üçün məbləği 1280 manat olmuşdur. Hansı ki, yuxarıda qeyd etdiyi kimi həmin vaxtı avtomaşını özü idarə etmişdir, özü avtomaşını idarə etdiyi üçün həmin cərimələrin ümumi məbləği hazırda 32 manat olmalıdır və o həmin 32 manat cərimənidə dərhal ödəməyə hazırdır. Cərimə yuxarıda qeyd etdiyi faktlara görə 1280 manat olduğu üçün ödənilməmiş qalmış və hazırda özünə məxsus avtomaşını da texniki baxışdan keçirdərək idarə edə bilmir. Çıxılmaz vəziyyətdə qalmışdır, çünki yuxarıda qeyd etdiyi kimi himayəsində xəstə uşağı var və onu hər dəfə həkimə aparmaq lazım olur. Buna görə o X9 müraciətlər etmişdir, həmin qəbul edilmiş qərarların ləğvi ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyə etmişlər. Həmin qərarlar ona rəsmi olaraq təqdim edilməmişdir. Hazırda o həmin qərarları rəsmi qaydada aldıqdan sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarların ləğv edilməsini istəyir. Şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, həm şikayətin məzmunundan həm də şikayətə əlavə edilmiş qərarlardan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli qərarlar şikayət vermiş şəxs X1 adına deyil, X4 adına tərtib edilmişdir. Həmin qərarlar yalnız barəsində tərtib edilmiş şəxs tərəfindən mübahisələndirilə bilər. X1 X4 adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli qərarlardan şikayət vermək hüququ yoxdur. Bundan başqa şikayət, şikayət verən şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayəti geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 52, 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27127300 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/27129343 nömrəli inzibati xəta haqqında qərarların ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-859/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-859/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver