Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-860/2025 19.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Hirkan Milli Parkının sahə müfəttişi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 10 dekabr 2025-ci il tarixdə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin idarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmiş, 16 dekabr 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinə daxil olmuşdur. 06 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Hirkan Milli Parkı Hirkan meşəbəyliyinin 07 saylı dolayın 14cü kvartalında ov silahı ilə daxil olmuş və qanunsuz ov edərkən saxlanmışdır. Astara Rayon Məhkəməsinin 3(018)-860/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verildiyindən iş aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(3-9)-57/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 3(018)-860/2025 saylı qərardadı və 26 dekabr 2025-ci il tarixli 3(018)-860/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxılması üçün işin materiallarının Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin inzibati xəta ilə bağlı toplanmış materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsirləndirildiyi inzibati xətanın əlamətləri İXM-in 272-1-ci maddəsinin dispozisiyasına uyğun gəlsə də, inzibati xəta haqqında protokol İXM-in 272.1-ci maddəsi ilə tərtib edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol ziddiyyətlidir və düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Belə olan halda, inzibati xəta haqqında protokol ziddiyyətli və düzgün tərtib edilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Hirkan Milli Parkının sahə müfəttişi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş 06 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Astara Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-860/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-860/2025
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver