Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-862/2024 09.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin şəxsi heyət üzrə şöbəsinin zabiti, kapitan X3, Şəxs, müdafiəçi Vəkil və tərcüməçi X1 iştirakı ilə, Əfqanistan İslam Respublikasının vətəndaşı olan Şəxs barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Sərhəd pozucusu kimi saxlanılmış və X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, xx.xx.2003-cü ildə Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində anadan olmuşdur. Əfqanistan İslam Respublikasının vətəndaşıdır. 20 avqust 2023-cü il tarixdə Əfqanistan İslam Respublikasında yeni qurulan Taliban rejimindən qaçaraq qeyriqanuni yolla dayısı X2 ilə birlikdə İran İslam Respublikasına gedərək orada işləmək qərarına gəliblər. X10 Respublikasında iş tapa bilmədiklərindən həmin ərazidə tanımadıqları şəxslər onlara Azərbaycan Respublikasında daha yaxşı iş olduğunu söyləmişlər. Onlar da bu səbəbdən sənədlərinin qaydasında olmamasından qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə gələrək xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş, nəticədə sərhədçilər tərəfindən saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil Şəxs barəsində tutmanın tətbiq olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə X6 Respublikasının vətəndaşı kimi təqdim edən Şəxsun izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə xx.xx.2003-cü ildə Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində anadan olmuş, Əfqanistan İslam Respublikasının Kabhisar şəhərində yaşayan Şəxs oğu 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-862/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-862/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver