Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-862/2025 16.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1nun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Rusiya Federasiyası Yekaterenburq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Lənkəran şəhəri Göyşavan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Şəxs, qohumu Ayaz Səmədovla birlikdə Artupa kənd sakini Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində velosipedi oğurlamışdır. Məhkəmədə protokol tərtib edən şəxs X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Şəxs, qohumu Ayaz Səmədovla birlikdə Artupa kənd sakini Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində velosipedi oğurlamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, öz əməlindən peşmandır. Birdə bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər həyətə düşüb baxdığı zaman 90 manat dəyərində olan velosipedinin yerində olmadığını və oğurlandığını görmüşdür. Özü axtarsada tapa bilmədiyi üçün DİN- nin 102 xidmətinə zəng edərək velosipedinin oğurlanması barədə məlumat verməklə sonradan ərizə yazıb. Həmin gün evdə olan zaman həyat yoldaşının Aytənin bacısı oğlu Ayaz Səmədov ona zəng edərək velosipedin kanalda tapdığını, onlarda olduğunu, gəlib aparmalarını dediyindən arvadınında bu barədə ona dedi. Ayaz velosipedi onlara verməklə onu kanalda tapdığını dedi. O, da velosipedi evinə aparmışdı. Hazırda ona dəyən ziyan tam ödənilib, barışmışlar və şikayəti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş hüquqi şəxi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, zərərçəkmiş şəxsin Şəxs qarşı şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibatixəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Şərh edilənləri və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-862/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-862/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver