Məhkəmə qərarları › İş №3(018)-866/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-866/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-866/2024 10.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Lənkəran-Astara regional şöbəsindən Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Astara Rayon Məhkəməsinin 3(018)-588/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim İlqar Məmmədovun sədrliyi ilə) Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20000 (iyirmi min) manat cərimə edilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 3(018)-588/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından ”Sultan-RN” MMC-nin direktoru N.Rəcəbov apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs ”Sultan-RN” MMC-nin direktoru N.Rəcəbov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 3(018)-588/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı həmin şikayətə əsasən ləğv olunmuş,qərarın təsviri-əsaslandırıcı hissəsində sadalananhalların araşdırılması üşün inzibati xəta haqqında iş yenidən baxılması üçün Astara Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədov tək hakim kimi fəaliyyət göstərir. Digər hakimlərin iş yeri dəyişdirilib və yeni təyinat olmayıb. Hesab edirəm ki, 3(018)-588/2024 nömrəli inzibati xəta haqqında işə təkrarən hakim İlqar Məmmədov tərəfindən baxılması qanuna ziddir. Ona görə hakim İlqar Məmmədovun hazırki iş üzrə ozü-özünə etiraz edir və 3(018)-588/2024 nömrəli inzibati xəta haqqında iş üzrə hakim İlqar Məmmədovun ozü-özünə etdiyi etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə görə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olması məsələsini həll edir. Həmin Məcəllənin 107-ci maddəsinə görə, inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa və ya o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. İnzibati Xətalar Məcəlləsinin 108.1-ci maddəsinə görə, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXP-nin 107-ci maddəsini rəhbər tutub, Qərara aldım: 3(018)-588/2024 nömrəli inzibati xəta haqqında iş üzrə hakim İlqar Məmmədovun ozü-özünə etdiyi etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilmə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar