Məhkəmə qərarları › İş №3(018)-869/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-869/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-869/2024 24.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, X4 Biləsuvar Rayon YPX-nin X2nun inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP6736074 saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X9 məhkəməyə Biləsuvar Rayon YPX-nin X2nun xx.xx.2024-cü il tarixli, TP6736074 saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X9 şikayətində göstərmişdir ki, Yol Patrul Xidməti X1 xx.xx.2024cü il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsiri bilinib 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, guya o, xx.xx.2024-cü il tarixində saat 16:14 radələrində Biləsuvar rayonun Heydər Əliyev küçəsi ilə HYUNDAİ SOLARİS markalı H749KT30 dövlət nömrə nışanlı avtomaşınla hərəkətdə olarkən əks istiaməqli hərəkət zolağına çıxmaqla ötmə qaydaları pozulmuşdur. Barəsində tərtib edilmiş protokol və bunun əsasında yazılmış qərar işin həqiqi halların uyğun deyildir. Belə ki, o, idarə etdiyi avtomaşınla xx.xx.2024cü il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Heydər Əliyev küçəsindən keçmiş. Həmin vaxt qarşısında maşın getmiş, həmin maşın yolun kənarına verib maşını dayandırmış oda maşının surəti 20-30 km. surətlə maşının yanından keçmişdir. Əks hərəkət zolağına çıxmamış, həmdə küçədə hərəkət zolaqlarının müəyyən edilməsi barədə xətt çəkilməmişdir. Hesab edirəm barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar əsassız və qanunsuzdur. O, hər hansı X8 pozmamışdır. Qərəzli olaraq barəsində inzibati tənbeh tətbiq edildiyindən qərar ləğv edilməlidir. Biləsuvar rayonu Yol Patrul Xidməti X2 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6736074 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Biləsuvar Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə Biləsuvar Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Biləsuvar Rayon Biləsuvar Rayon YPX-nin xx.xx.2024-cü il tarixli, TP6736074 saylı qərarından məlum olur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Biləsuvar Rayon YPX-nin xx.xx.2024-cü il tarixli, TP6736074 saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Biləsuvar Rayon YPX-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon YPX-nin X2nun inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, TP6736074 saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Biləsuvar Rayon YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar