Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-873/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə X3 şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 sentyabr 2023-cü il tarixli İnzibati Protokoluna əsasən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan İnzibati Xətanı törədiyinə görə 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı qərarı ilə 600 manat məbləğində cərimə olunmuşdur. Həm kəndlisi şəhid X5 doğma qardaşı X6 və onun böyük qardaşı X2 xx.xx.2023-cü il tarixdə ona yaxınlaşaraq həyətlərində üzür məclisi qurulduğunu, yollar palçıqlı olduğundan gediş-gəliş mümkün olmadığını bildirmişlər. Odur ki, yola çınqıl gətirib tökülməsini ondan xahiş etmişlər. O, da onların şəhid ailəsi və kəndin ağsaqqalı olduğunu nəzərə alıb, çaydan traktoruna çınqıl yükləyib aparmaq istərkən yolda Astara rayon Polis şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar, şöbədə izahat alıb onları buraxmışlar və demişlər ki, çınqılı aparıb üzür yerinə gedən yola tökək bizdə onların göstərişinə əməl etmişik. O, özbaşınalıq etməmiş və qanunsuz xəta törətməmiş. Sadəcə şəhid ailəsi olmasını nəzərə alıb xahişlərin yerinə yetirmişdir. Buna baxmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ceyhun Hüseynov heç bir araşdırma aparmadan hadisə yerinə baxış keçirmədən 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı qərarı ilə onu 600 manat məbləğində cərimə etmişdir. Əsassız cərimə olunduğu üçün qeyd edilən qərardan narazıdır. Odur ki, İnzibati tənbeh vermə haqqında 25 sentyabr 2023-cü il tarixli MN-1440187 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli MN1440189 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 861 № arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə həqiqətən şəhid X5 doğma qardaşı X4 hüzr məclisinə yola döşəmək məqsədilə çınqıl daşımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN1440189 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-
134. 135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ:
X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş 25 sentyabr 2023-cü il tarixli MN-1440187 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov