Məhkəmə qərarları › İş №3(018)-874/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-874/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-874/2025 22.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs Nəbotəli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Astara rayonunun Şüvi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 01 noyabr 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 19 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində Şəxs qardaşı Zərərçəkmiş şəxs Nəbotəli oğlunu döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu Vaqo kəndində yaşayan Babayev X3 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində qardaşı Şəxs Astara rayonu, Vaqo kəndində evinin həyətyanı sahəsində ona məxsus olan simdən çəkdiyi çəpərin payalarını dağıtmış, onu söyüb təhqir etmiş, bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vuraraq xəsarət yetmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, qardaşını döymədiyini, heç bir təqsiri olmadığını bildirmiş, ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Astara rayonun Vaqo kəndindəki evinin həyətində ağac əkərkən qardaşı Bəhram əlində balta və paya ilə gəlib onun əkdiyi ağacları qırmaq istəyəndə o da bir paya götürərək “bura mən ağac əkmişəm qoy dursun yerində” demiş, qardaşı Bəhraam onun 1 ədəd alça və 1 ədəd qaragilə ağacını kəsmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Qardaşı Bəhramı döyməmiş, ona heç bir xəsarət yetirməmiş, aralarında sözlə mübahisə olmuşdur. Bəhram ona böhtan atır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs Nəbotəli oğlu izahatında bildirmişdir ki, Şəxs onun qardaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, təxminən 5-6 ildir ki, həyətyanı torpaq üstündə onların aralarında mübahisələri olur. xx.xx.2025-ci il tarixdə yaşadığı Astara rayonu, Vaqo kəndində evinin həyətyanı sahəsində ona məxsus olan simdən çəkdiyi çəpərin payalarını qardaşı Şəxs dağıdanda ona bildirmişdir ki, “niyə çəkdiyim çəpəri dağıdırsan”. Qardaşı onun sözlərinə əhmiyyət verməyib, onu təhqir etmiş, lakin döyməmişdir. Şikayəti bacısı etmiş, hadisəni səhv başa düşmüş, elə bilmişdir ki, qardaşı onu döymüşdür. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Vaqo kəndində yaşayan Zərərçəkmiş şəxs Nəbotəli oğlunun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 canlı şəxsin ekspertizasının 20 oktyabr 2025-ci il tarixli, 293 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nəbotəli oğlunun bədəni üzərində - alın, sağ almacıq nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində Şəxs qardaşı Zərərçəkmiş şəxs Nəbotəli oğlunu döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, “Cinayət işinin rədd olunması haqqında” 01 noyabr 2025-ci il tarixli qərarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 20 oktyabr 2025-ci il tarixli, 293 saylı rəyinə istinad olunaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlinmiş və bu səbəbdən şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, Şəxs ilkin izahatından etibarən özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək Zərərçəkmiş şəxs Nəbotəli oğlunu döymədiyini bildirmişdir. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən rəydə Zərərçəkmiş şəxs Nəbotəli oğlunun bədəni üzərində - alın, sağ almacıq nahiyəsində qançırlar aşkar edildiyi, qeyd olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddətinin müayinədən bir gün əvvələ uyğun gəldiyi müəyyən edilmiş, lakin, həmin rəydə xəsarətlərin şəxsin özü tərəfindən törədilə bilmə imkanına münasibət bildirilməmişdir. Həmin rəy şəxsin bədəni üzərində - alın, sağ almacıq nahiyəsində qançırlar aşkar edildiyi hissəsində mübahisəsiz olsa da, xəsarətlərin Şəxs tərəfindən törədilməsinə münasibətdə məhkəmə üçün mötəbər hesab edilə bilməz, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, Astara RPŞ-nin məsul növbətçisinin Astara RPŞ-nin rəisinə ünvanladığı Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:04 radələrində Astara rayon Vaqo kənd sakini Zərərçəkmiş şəxs Nəbotəli oğlu xx.xx.2025-ci il tarixdə qardaşı Turanın onu təhqir edərək balta ilə hasarı dağıtmasını bildirmişdir. Sözügedən şikayətdə hər hansı döyülmə ilə bağlı məlumat verilməmişdir. Halbuki, məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, həqiqətən Zərərçəkmiş şəxs qardaşı Şəxs tərəfindən döyülsəydi, Zərərçəkmiş şəxs 102 xidmətinə edilən müraciəti, Turanın onu təhqir edərək balta ilə hasarı dağıtması ilə deyil, özünün döyülməsi ilə bağlı olardı. Zərərçəkmiş şəxsin özü də, məhkəmə iclasında qardaşının onu döymədiyini bildirmişdir. Göründüyü kimi, iş materiallarında zərərçəkmiş şəxsin izahatından başqa Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, zərərçəkmişlə inzibati xəta törətməkdə təqsirləndirilən şəxs arasında ailə münaqişəsindən irəli gələn ixtilaflar mövcuddur ki, bu isə əmələ qiymət vermək üçün yeganə mötəbər sübut kimi zərəçəkmişin ifadəsinə istinad etməyi mümkünsüz edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetmədiyindən, iş materiallarında olan sübutlar onun əməlində həmin maddənin tərkibinin olmasını istisna etdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar