Məhkəmə qərarları › İş №3(018)-878/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-878/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-878/2025 22.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxsr Qüdrət oğlunun iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx). Şəxsr Qüdrət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxsr Qüdrət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 22 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. 22 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kərimov X3 Apellyasiya Məhkəməsinin 2(106)-193/2024 saylı, 29 yanvar 2024cü il tarixli, Astara Rayon Məhkəməsinin e-2(018)-728/2024 saylı, 14 iyun 2024-cü il tarixli, Astara Rayon Məhkəməsinin e-2(018)-725/2024 saylı, 24 iyun 2024-cü il tarixli icra sənədlərinin icrasından yayınmışdır. Bununla da, Şəxsr Qüdrət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-193/2024 saylı, 29 yanvar 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxsr Qüdrət oğlundan cəmi 43000 ABŞ dolları məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(018)-728/2024 saylı, 14 iyun 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxsr Qüdrət oğlundan cəmi 695 manat 68 qəpik tutularaq tələbkar Zərərçəkmiş şəxs2 QSC-yə verilməlidir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(018)-725/2024 saylı, 24 iyun 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxsr Qüdrət oğlundan cəmi 400 manat 40 qəpik tutularaq tələbkar «FERRUM KAPİTAL QSC-yə verilməlidir. Lənkəran regional «ASAN xidmət mərkəzində notariat ofisinin 81-11586 saylı, 29 may 2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 1463 manat 14 qəpik tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcraatına daxil olan icra sənədləri üzrə zəruri icra tədbirləri görülmüşdür. Lakin borclu icra sənədləri üzrə ödəməli olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxsr Qüdrət oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədlərindən məlumatı olub, o Zərərçəkmiş şəxs1 tələbkar olduğu məhkəmə qətnaməsi ilə razı deyil, ona borcu yoxdur, ona torpaq verməklə cəmi 4000 manat borcu var. İmkanı olmadığı üçün 4000 manatı ödəyə bilməmişdir. Üç ay ərzində həm 4000 manatı həm də, digər hüquqi şəxslərə olan borcunu ödəyib bitirəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə icra məmurunu və borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxsr Qüdrət oğlu heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqələrini icra etməmiş, bundan boyun qaçırmış, məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə razılaşmamaqla aşkarcasına icraya mane olmuş, etinasızlıq göstərmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-193/2024 saylı, 29 yanvar 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 43000 ABŞ dolları məbləğində pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-193/2024 saylı, 29 yanvar 2024-cü il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin e-2(018)-728/2024 saylı, 14 iyun 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 695 manat 68 qəpik tutularaq tələbkar Zərərçəkmiş şəxs2 QSC-yə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin e-2(018)-728/2024 saylı, 14 iyun 2024-cü il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin e-2(018)-725/2024 saylı, 24 iyun 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 400 manat 40 qəpik tutularaq tələbkar «FERRUM KAPİTAL QSC-yə İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin e-2(018)-725/2024 saylı, 24 iyun 2024-cü il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Lənkəran regional «ASAN xidmət mərkəzində notariat ofisinin 81-11586 saylı, 29 may 2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 1463 manat 14 qəpik tutularaq tələbkar "xxxx" ASC-yə verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lənkəran regional «ASAN xidmət mərkəzində notariat ofisinin 81-11586 saylı, 29 may 2025-ci il tarixli icra sənədi üzrə iş üzrə icraat başlanılmışdır. Şəxs verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədlərindən xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun,qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxsr Qüdrət oğlu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar