Məhkəmə qərarları › İş №3(018)-88/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-88/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-88/2024 19.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam X6 Reklam İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X10 İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 İdarəsinin Estetik Nəzarət şöbəsinin müdiri X14 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək Astara Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamını açıq məkanda icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 25 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokollar və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin 3 (018)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati icraat aparılan X1 Rayon Məhkəməsinin 3 (018)-776/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati icraat aparılan X5 tərəfindən verilmiş apellyasiya şoikayəti təmin edilərək, Astara Rayon Məhkəməsinin 3 (018)-776/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Astara Rayon Məhkəminə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iş materiallarında “Sahil” ailəvi istirahət mərkəzinin barəsində inzibati icraat aparılan X4 məxsus olmasını təsdiq edən sənəd mövcud deyil. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam X6 Reklam İdarəsinin nümayəndəsi X7 bildirdi ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamını açıq məkanda icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Bu barədə olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstəriş X4 göndərilmişdir, lakin göstəriş X5 tərəfindən icra edilməmişdir.Əlavə olaraq bildirdi ki, “Sahil” ailəvi istirahət mərkəzinin X4 məxsus olmasını təsdiq edən rəsmi sənəd təmsil etdiyi qurumda yoxdur.Protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan X4 lazımi qaydada məlumat verilsə də, barəsində inzibati icraat aparılan X5 məhkəmə iclasında iştirak etməmişdir, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə barəsində inzibati icraat aparılan X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli aktdan, icrası məcburi göstərişdən görünür ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlnı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmışdır. Bu barədə olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstəriş X4 göndərilmişdir. İş materiallarında olan 01 saylı, 25 avqust 2023-cü il tarixli aktdan görünür ki, Astara şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamlnı müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanması barədə olan 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstərişə X5 tərəfindən əməl edilməmişdir. İş materiallarında olan MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X1 şəhəri S.Vurğun küçəsində yerləşən “Sahil” ailəvi istirahət mərkəzinin reklamını müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz yayımlanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən həmin protokol tərtib edilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli aktdan görünür ki, X5 MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokolu imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin məlumatından məlum olur ki, X5 ********** VÖEN ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. İş materiallarında olan Dövlət Reklam X6 Reklam İdarəsinin 25 avqust 2023-cü il tarixli məktubdab məlum olur ki, MN ******* nömrəli 25 avqust 2023-cü il tarixli protokolun surəti X4 göndərilmişdir. İş materiallarında olan teleqramdan məlum olur ki, 000371 saylı, 09 avqust 2023-cü il tarixli, icrası məcburi göstəriş X4 16 avqust 2023-cü il tarixdə almışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-88/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında “Sahil” ailəvi istirahət mərkəzinin barəsində inzibati icraat aparılan X4 məxsus olmasını təsdiq edən sənəd mövcud deyil. Məhkəmədə həmin halın araşdırılması zamanı Azərbaycan Respublikası Reklam X6 Reklam İdarəsinin nümayəndəsi X7 bildirdi ki, “Sahil” ailəvi istirahət mərkəzinin X4 məxsus olmasını təsdiq edən rəsmi sənəd təmsil etdiyi qurumda yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və “Sahil” ailəvi istirahət mərkəzinin barəsində inzibati icraat aparılan X4 məxsus olmasını təsdiq edən sənəd mövcud olmamasını nəzərə alaraq, məhkəmə X2 əməlində inzibati xəta tərkibi olmaması səbəbindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-88/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-88/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar