Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-886/2025 25.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Astara şəhəri, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (Finkod xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1 və 510-cu maddələri ilə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 12 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən 25 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)- 457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 87919 manat 51 qəpik tutularaq tələbkar X4 verilməlidir. Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81-1124 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs və X2 müştərək qaydada cəmi 1240 manat 99 qəpik məbləğində pul tutularaq tələbkar Baku ELEKTRONİKS MMC-yə verilməlidir. Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81- 1123 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs və X2 müştərək qaydada cəmi 833 manat 98 qəpik məbləğində pul tutularaq tələbkar Baku ELEKTRONİKS MMC-yə verilməlidir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-696/2025 saylı, 30 aprel 2025ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 2603 manat 80 qəpik tutularaq tələbkar «ABC-TELEKOM MMC-yə verilməlidir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)- 962/2025 saylı, 10 iyun 2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 4032 manat 40 qəpik tutularaq tələbkar «Kapital Bank ASC-yə verilməlidir. İcraat nəticəsində borclu Şəxs "xxxx" MMC-yə heç bir vəsait ödəməməklə, 2074 manat 97 qəpik borcu vardır. ABC-TELEKOM MMC-yə 50 manat ödəməklə, 2553 manat 80 qəpik borcu vardır. Kapital Bank ASC-yə heç bir vəsait ödəməməklə 4032 manat 40 qəpik borcu vardır. X4 heç bir vəsait ödəməməklə cəmi 87919 manat 51 qəpik borcu vardır. Borclu icra sənədinin icrasını tam təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində Astara rayonu Ərçivan qəsəbə sakini Şəxs barəsində olan mülki öhdəliklərdən yayınmasına görə axtarış qərarı və onunla bağlı RPŞ-yə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə polis əməkdaşları tərəfindən PŞ-yə dəvət olunarkən etirazını bildirmək məqsədi ilə səs-küy salaraq küçədə uca səslə xoşagəlməz ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə yayınır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində olan mülki öhdəliklərdən yayınmasına görə axtarış qərarı və onunla bağlı RPŞ-nə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə polis əməkdaşları tərəfindən PŞ-nə dəvət olunarkən etirazını bildirmək məqsədi ilə səs-küy salaraq küçədə uca səslə xoşagəlməz ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, icra sənədlərindən məlumatlı olmuşdur. İcra sənədlərinin icrasından qərəzli yayınmır, heç bir yerdə işləmədiyindən borcunu ödəyə bilmir. xx.xx.2025-ci il tarixdə barəsində olan mülki öhdəliklərdən yayınmasına görə polis əməkdaşları tərəfindən PŞ-yə dəvət olunmuşdur. PŞ-nin önündə olarkən şöbəyə dəvət olunmağına əsəbiləşmiş, bu səbəbdəndə xoşagəlməz ifadələr işlətmişdir. Göstərdiklərinin və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 87919 manat 51 qəpik tutularaq tələbkar X4 verilməlidir. İcraata başlamaq haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81-1124 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs və X2 müştərək qaydada cəmi 1240 manat 99 qəpik məbləğində pul tutularaq tələbkar Baku ELEKTRONİKS MMC-yə verilməlidir. İcraata başlamaq haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81-1124 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81-1123 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs və X2 müştərək qaydada cəmi 833 manat 98 qəpik məbləğində pul tutularaq tələbkar Baku ELEKTRONİKS MMC-yə verilməlidir. İcraata başlamaq haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Notariat Kontoru tərəfindən verilmiş 81-1123 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-696/2025 saylı, 30 aprel 2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 2603 manat 80 qəpik tutularaq tələbkar «ABC- TELEKOM MMC-yə verilməlidir. İcraata başlamaq haqqında 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-696/2025 saylı, 30 aprel 2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-962/2025 saylı, 10 iyun 2025-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 4032 manat 40 qəpik tutularaq tələbkar «Kapital Bank ASC-yə verilməlidir. İcraata başlamaq haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-962/2025 saylı, 10 iyun 2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Astara şəhəri, Ərçivan qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Şəxs 24 dekabr 2025-ci il tarixdə verdiyi izahatından görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olduğunu bildirmişdir. İnzibati qaydada tutma haqqında 24 dekabr 2025-ci il tarixli, 200 nömrəli protokoldan görünür ki, Şəxs 24 dekabr 2025-ci il tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, iş materialları ilə Şəxs icra sənədlərini üzürlü səbəblər olmadan icra etməməsi, həmçinin barəsində olan mülki öhdəliklərdən yayınmasına görə axtarış qərarı əsasənda RPŞ-yə dəvət olunarkən etirazını bildirmək məqsədi ilə səs-küy salaraq küçədə uca səslə xoşagəlməz ifadələr işlətməsi iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati qaydada icraat aparılan şəxsin, protokol tərtib edən şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bundan başqa barəsində olan mülki öhdəliklərdən yayınmasına görə axtarış qərarı əsasənda RPŞ-nə dəvət olunarkən etirazını bildirmək məqsədi ilə səs-küy salaraq küçədə uca səslə xoşagəlməz ifadələr işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini səmimi etiraf etməsini və peşmançılıq hissini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxsnən barəsində tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 510-cu maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-886/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-886/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver