Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-887/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Astara rayonu, Tüləgüvan kəndində yaşayan X1 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtibedilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın xitam edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət vermə nəzərdə tutulmamışdır. Şikayətdən də görünür ki, X3 tərəfindən inzibati protokoldan və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmişdir. İş materiallarına yalnız protokol əlavə edilmişdir. Bekə ki, X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X5 üzləşdirmə zamanı İXP ******* nömrəli qərarın mövcud olmadığı qeydə alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, X2 oğlunun xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinin geri qaytarılmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 oğlunun xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-887/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-887/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver