Məhkəmə qərarları › İş №3(018)-890/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-890/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-890/2023 16.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, X2 iştirtakı ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-əlli manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 17 oktyabr 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 məhkəmə iclasında şikayətindən imtina etməklə şikayətinin rədd edilməsini və Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qabacadan məlumat verilməsinə baxmayaraq Astara rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şikayətçi qərardan narazı olduğunu bildirsə də, inzibati xətanı istisna edən hər hansı bir sübut növünə istinad etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdə X2 istinad etdiyi halları və etirazlarını əsaslandıran sübutları olmadığından qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tərkibi vardır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : X2 Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Astara rayon Polis şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar