Məhkəmə qərarları › İş №3(018)-892/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-892/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-892/2023 18.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs İmaməddin oğlunun iştirakı ilə xx.xx.1989-cu il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Kijəbə qəsəbəsində yaşayan Şəxs İmaməddin oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon polis şöbəsin sahə rəisi X3 Natiq İmaməddin oğlu barəsində tərtib etdiyi 18 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs İmaməddin oğlu 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Astara şəhəri H.Əliyev küçəsində yerləşən Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında, küçədə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Astara rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs İmaməddin oğlu vermiş olduğu izahatında göstərdi ki, o, Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Barəsində aparılan araşdırma ilə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbəyə dəvət edilmişdir. Polis şöbəsinə çağrılmağından bərk əsəbləşmiş və özündən asılı olmayraq, ucadan səsküy salmışdır. Həmin vaxtı orada olan polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər və o, onların qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara rayon polis şöbəsinin əməkdaşı X4 vermiş olduğu izahatında göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Astara rayonu Kijəbə qəsəbə sakini Şəxs İmaməddin oğlu polis şöbəsinə çağırılmasına etiraz edərək, polis şöbəsinin ictimai binasının qarşısında, uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs İmaməddin oğlu nizam-intizama dəvət dəvət etmişlər və Şəxs İmaməddin oğlu onların qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara rayon polis şöbəsinin əməkdaşı X1 da, şahid X2 vermiş olduğu izahatında göstərilənləri bir daha təsdiq etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs İmaməddin oğlu 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30dan inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında məlum oldu ki, Şəxs İmaməddin oğlu 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30-da Astara şəhəri H.Əliyev küçəsində yerləşən Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında, uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə inzibati qaydanı pozmuş olsa da o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Astara rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmuşdur. Bu hal polis əməkdaşlarının ifadələri ilə də təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İmaməddin oğlunun əməllərində Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmaməddin oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmaməddin oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30dan bu inzibati iş üzrə həbsdə olmasını nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İmaməddin oğlu əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə tövsüf edilsin və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. Şəxs İmaməddin oğlu barəsində olan inzibati həbsin müddəti 17 oktyabr 2023-cü il tarixdə, saat 17:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar