Məhkəmə qərarları › İş №3(018)-896/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-896/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-896/2024 22.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Tələbkar Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızının iştirakları ilə, xx.xx.1995-ci ildə Astara şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Astara şəhəri, Heydər Əliyev prospekti 323 ünvanında qeydiyyatda olan və yaşayan Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı barəsində Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Nəcəfzadə (Şəfiyeva) X3 rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(018)-506/2024 saylı icra sənədini icra etməkdən yayınmaqla hazırda 5377 manat borcu vardır. Məhkəmədə protokol tərtib edən şəxs X2 göstərdi ki, borclu Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızına Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-506/2024 saylı icra sənədini icra etməsi barədə könüllü müddət təyin edilmiş, dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı icra sənədinin icrasından yayınmaqla 5377 manat borcu yaranmışdır. Borclu Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı özünü təqsirli biləyərək göstərdi ki, Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-506/2024 saylı icra sənədi üzrə tələb ona aydındır. Hazırda maddi imkanı zəif olduğundan icra sənədini tam icra edə bilmir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs1 göstərdi ki, Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı ona olan borcunu ödəmir, yəni məhkəmə qərarını icra etməkdən yayınır. Xahiş edir ki, Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı barəsində qanuni tədbir görülsün. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və tələbkar şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-506/2024 icra sənədindən görünür ki, Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızından 5377 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızının məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızının məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı cərimə növündə inzibati tənbeh edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Nəcəfzadə (Şəfiyeva) Arzu Ağarazim qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar