Məhkəmə qərarları › İş №3(018)-9/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-9/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-9/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və hakim köməkçisi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X1 iştirakı ilə 14 oktyabr 1972-ci ildə Astara rayonu, Marzasəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli Astara rayonu, Marzasəy kənd orta məktəbində müəllim işləyən, Astara rayonu, Marzasəy kəndində qeydiyyatda olmaqla orada yaşayan - X3 barəsində çıxarılmış Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)- 969/2022 saylı qərarına xitam verilməsi barədə vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 12 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 335.1-ci maddələri ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin, X3 ona təyin olunmuş cəriməni ödəmədiyindən, həmin cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. X3 cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X3 09 yanvar 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında göstərdi ki, o, 12 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 335.1-ci maddələri ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. O, Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı qərarı qəbul edilməmişdən qabaq 06 dekabr 2022-ci il tarixdə 12 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 96 (doxsan altı) manat cərimə və dəbbə pulunu ödəmiş olsa da məhkəməyə məlumat verə bilməmişdir. Ona görə də vəsatətin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, X3 12 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni 06 dekabr 2022-ci il tarixdə ödəmişdir. Məhkəmə vəsatəti və işə əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, vəsatət təmin edilməklə barəsində qərar çıxarılmış X3 ona tərtib olunmuş protokol üzrə cərimələri və ona hesablanmış dəbbə pullarını tam şəkildə ödədiyindən, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Astara Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı qərarına xitam verilməlidir. Belə ki, 01 mart 2016-cı il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128,130 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)- 969/2022 saylı qərarına xitam verilsin. Astara rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(018)-969/2022 saylı qərarı əsasında X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar