Məhkəmə qərarları › İş №3(018)-914/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-914/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-914/2023 26.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, 20 avqust 1995-ci ildə Astara rayonu, Siyaku kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, işləməyən, Astara rayonu, Siyaku kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 23 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində «VAZ-21074» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Astara rayonun, Şahağacı kəndində idarə etdiyindən Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində «VAZ-21074» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün Astara rayonun, Şahağacı kəndi ərazisində Astara RPŞ-nin DYPBnin əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olduğundan barəsində protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəkdir. Yeganə qazanc mənbəyi həmin avtomobildir. Belə ki, sözügedən avtomobil ilə sürücülük fəaliyyəti ilə məşğul olmaqla ailəsinin maddi tələbatını təmin edir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materillarında olan 24 oktyabr 2023-cü il tarixli, 00991 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materillarında olan BD 409796 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, nəzərə alıb maddənin sanksiyasında nəzərdə tutulmuş nəqiliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmaqla inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqiliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya və Azərbaycan Respublikası Baş X2 İdarəsinin 5 saylı Lənkəran RQİB-yə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar