Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-915/2024 14.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhəri Binəqədi RPİ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərinə baxaraq, məhkəmə Müəyyənetdi: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası DİN Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsindən Şəxs barəsində tərtib edilmiş İXP6550550 nömrəli xx.xx.2024-cü il tarixli, İXP6550572 nömrəli xx.xx.2024-cü il tarixli, İXP6550498 nömrəli xx.xx.2024-cü il tarixli, İXP6550595 nömrəli xx.xx.2024-cü il tarixli, İXP650481 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli İXP6550550 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs EQ21282591 nömrəli qərara əsasən inzibati cərimə növündə inzibati təbeh edilmiş, lakin inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qnuni qüvvəyə mindiyi gündən 3 ay müdətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmiş və bununlada İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli İXP6550572 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs EQ21312549 nömrəli qərara əsasən inzibati cərimə növündə inzibati təbeh edilmiş, lakin inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qnuni qüvvəyə mindiyi gündən 3 ay müdətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmiş və bununlada İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli İXP6550498 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs EQ20920889 nömrəli qərara əsasən inzibati cərimə növündə inzibati təbeh edilmiş, lakin inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qnuni qüvvəyə mindiyi gündən 3 ay müdətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmiş və bununlada İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli İXP6550595 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs EQ21593828 nömrəli qərara əsasən inzibati cərimə növündə inzibati təbeh edilmiş, lakin inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qnuni qüvvəyə mindiyi gündən 3 ay müdətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmiş və bununlada İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli İXP650481 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs EQ20873425 nömrəli qərara əsasən inzibati cərimə növündə inzibati təbeh edilmiş, lakin inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qnuni qüvvəyə mindiyi gündən 3 ay müdətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmiş və bununlada İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Azərbaycan Respublikası DİN Bakı Şəhəri Binəqədi RPİ-nə lazımi qaydada məlumat verilsə də, Şəxs və Azərbaycan Respublikası DİN Bakı Şəhəri Binəqədi RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Şəxs və Azərbaycan Respublikası DİN Bakı Şəhəri Binəqədi RPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş sənədlərinə əlavə edilmiş EQ21282591 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmiş, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. İş sənədlərinə əlavə edilmiş EQ213312549 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilmiş, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. İş sənədlərinə əlavə edilmiş EQ20920889 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat cərimə edilmiş, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. İş sənədlərinə əlavə edilmiş EQ213312549 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmiş, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. İş sənədlərinə əlavə edilmiş EQ20873425 nömrəli inzibati tənbehvermə haqqında elektron qərarlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilmiş, cərimələri qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 529.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alıb onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 32, 529.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-915/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-915/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver