Məhkəmə qərarları › İş №3(018)-923/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-923/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-923/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X2 oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Astara rayonun, Hamuşam kəndində anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonun, Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqından materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:00da Astara RPŞ-yə daxil olmuş məlumat əsasında Astara rayon polis şöbəsinin əməkdaşları Astara rayonun, Hamuşam kəndində olan zaman Şəxs səs-küy salaraq uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları ona yaxınlaşaraq etdiyi hərəkətin qayda pozuntusu olduğunu izah etmişlər. Buna baxmayaraq Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi Cavid Əlizadə tərəfindən 04 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da evində münaqişə yaratdığı üçün barəsində şikayət etmişlər. Polis əməkdaşları ünvanına gələrək onu Astara rayon polis şöbəsinə dəvət edərkən əsəblərinə hakim ola bilməyib uca səslə nalayiq ifadələr işlətmiş və polisin dediklərinə məhəl qoymamışdır. Özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, bir daha belə halın baş verməyəcəyini qeyd etmişdir.Himayəsində azyaşlı uşaqların olduğunu və əməlindən peşman olmasını nəəzərə alaraq ona həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin ƏRQ-nun kiçik inspektoru, polis serjantı X1 vermiş olduğu izahatında göstərdi ki, 02 noyabr 2024-cü il tarixdə, saat 22:00-da əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olduğu zaman daxil olmuş məlumat əsasında Astara rayonun, Hamuşam kəndində olan zaman kənd sakini Şəxs səs-küy salaraq evində münaqişə etməsini və uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona etdiyini hərəkətin inzibati xəta olduğunu izah etmişlər. Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq o, daha da aqressivləşərək polisin qanuni tələblərinə tabe olmamışıdr. İş materiallarında olan elektron çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailəli olmaqla, 4 uşağı vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 191 saylı tutma protokoldan görünür ki, Şəxs 02 noyabr 2024-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin səmimi etirafını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar