Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-934/2024 07.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə Astara rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamnəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs 2056 manat verilməsi qət edilmişdir. Həmin icra sənədinə əsasən Şəxs 500 manat ödəniş etmiş, onun 1556 manat borcu qalmış, bundan əlavə Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamnəsinə əsasən Şəxs və X1 müştərək qaydada 813,45 ABŞ dolları məbləğində pul və 10 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Rabitəbank ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədinə əsasən Şəxs 50 manat ödəniş etmiş, onun 746 ABŞ dollar borcu qalmışdır. Şəxs tələbi üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs 400 manat cərimə edilmişdir. Lakin müvafiq qərar qüvvəyə mindiyi vaxtdan bu günədək qanuni əsaslar olmadan icra edilməmişdir. Azərbaycan Respublikası Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 934/2024 nömrəli iş bir icraatda 3(018)-933/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 934/2024 nömrəli iş bir icraatda 3(018)-933/2024 nömrə ilə birləşdirilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-934/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-934/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver