Məhkəmə qərarları › İş №3(018)-936/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-936/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-936/2023 21.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə. xx.xx.1977-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 27 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Lakin Şəxs ona təyin olunmuş cəriməni həmin cərimə növündə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq iştirak edən barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (İnzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 27 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Qərar icra olunması üçün icraatına daxil olduqdan sonra Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıq göndərilmişdir. Şəxs maddi imkanı olmadığını qeyd edərək həmin cəriməni ödəməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 nömrəli ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi V.İ.E şəxsin 27 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli qərardan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona təyin olunmuş cəriməni həmin cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. İş materiallarında olan rəsmi xəbərdarlıq məktubunun surətindən görünür ki, Astara rayon İcra və probasiya şöbəsinin tərəfindən Şəxs cəriməni ödəməsi, əks təqdirdə barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə, QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh edilsin. Şəxsnın barəsində olan ictimai işlər növündə inzibati tənbehin müddəti həmin təhbeh tədbirinin faktiki icrasına başlandığı vaxtdan hesablansın. Şəxsnın üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin ictimai işlərin yerinə yetirildiyi vaxtda üzərində daşıması, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar