Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-937/2024 07.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Astara rayonun, Ojakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Astara rayon Burzubənd kənd orta məktəbinin direktoru vəzifəsində işləyən, Astara rayonun, Ojakəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair X1 daxil olmuş materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi Cavid Əlizadə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 07 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 06 avqust 2024-cü il tarixdə saat 11 radələrində Astara şəhəri ərazisində yerləşən “Məryəm Kids” X2 ucadan səs- küy salaraq mərkəzin direktoru və təsisçisi Zərərçəkmiş şəxs təhqir etmişdir. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, Astara rayon, Ojakəran kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. Astara rayon, Burzubənd kənd orta məktəbinin direktoru işləyir. Zərərçəkmiş şəxs tanıyır, aralarında əvvəllər münasibətləri yaxşı olmuşdur. 06 avqust 2024-cü il tarixdə “Məryəm Kids” X4 getmiş, mərkəzin direktoru Zərərçəkmiş şəxs azyaşlı övladı Davud Rəfizadə üçün etdiyi 180 manat ödənişin geri qaytarmasını tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs ona həmin ödənişi ödəməyəcəyini bildirmişdir. Bununla da aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs təhqir etməmişdir. Zərərçəkmiş şəxs həmin ödənişin 70 faizini ona qaytarmışdır. Hal-hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Astara rayon, Maşxan kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. Astara “Məryəm Kids” X3 direktoru və təsisçisi işləyir. Belə ki, Şəxs tanıyır, əvvəllər münasibətləri yaxşı olmuşdur. Şəxs ona müraciət edərək azyaşlı uşağı Davud Rəfizadənin nitq qüsurlu olduğuna görə onu “Məryəm Kids” X2 loqoped seansına gətirməsini bildirmişdir, hər ay 180 manat ödəniş etməsinə razılaşmılar. “Məryəm Kids” X3 loqopedi işdən çıxdıqdan sonra, Şəxs övladını mərkəzə göndərməmişdir. Daha sonra Şəxs ona etdiyi 180 manat ödənişin geri qaytarmasını bildirmişdir. Aralarında razılaşaraq həmin 180 manat olan ödənişi 07 avqust 2024-cü il tarixdə şəxsən qaytaracağını bildirmişdir. Buna baxmayaraq Şəxs 06 avqust 2024-cü il tarixdə “Məryəm Kids” X4 gəlmiş və onun üzərinə hücum çəkərək həmin məbləği tələb etmişdir. Bunun üzərində aralarında mübahisə olmuş, Şəxs onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Hal-hazırda həmin ödənişin 70 faizini ona qaytarmışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olması və inzibati xəta törətməsini səmimi etiraf etməsidir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını,inzibati xətanı törədənin pedaqoq olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-937/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-937/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver