Məhkəmə qərarları › İş №3(018)-941/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-941/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-941/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Renault” markalı “20AA841/20AA842” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “1073” saylı CMR və ’’MNZ-29082023SHF-07” nömrəli invovsa əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Krivetka’’ yükü apararkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 14 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş İdxal yoxlama xəttində əməkdaşlarımız tərəfindən saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi səkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmus, o, isə öz növbəsində onda mütləg bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra “Renault” markalı “20AA841/20AA842” dövlət oevdivvat nişanlı yük nəgliyyat vasitəsinə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı Şəxs idarə etdiyi “Renault” markalı “20AA841/20AA842” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin dartıcınıın üzərində verləsən qoruyucu örtüyün altında əvvəlcədən gömrük orqanlarına şifahi, kağız üzərində yazılı və va elektron qaydada bəvan edilməyən hər birində 10 qutu olmaqla 1 blok “wite mond” , hər birində 10 qutu olmaqla 1 blok “blue mond”, hər birində 10 qutu olmaqla 3 blok “Winston”, hər birində 10 qutu olmaqla 1 blok “Onyx 83 serıes”, hər birində 10 qutu olmaqla 1 blok “X1 Nano” yazısı olan siqaretlər aşkar olunmuşdur. Yoxlama tam başa çatdıqdan sonra ümumi sayı 70 (yetmiş) qutu olan müxtəlif adlı siqaretlər araşdırılması ilə əlaqədar götürülmüşdür. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata nümunə qismində təqdim edilmiş siqaretlərin xx.xx.2023-cü il tarixə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 190, 000 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X2 anbarında saxlanılan hər birində 10 qutu olmaqla 1 blok “wite mond”, hər birində 10 qutu olmaqla 1 blok “blue mond”, hər birində 10 qutu olmaqla 3 blok “Winston”, hər birində 10 qutu olmaqla 1 blok “Onyx 83 serıes”, hər birində 10 qutu olmaqla 1 blok “X1 Nano” yazısı olan, 190 (yüz doxsan) manat dəyərində, filterli siqaretlər dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar