Məhkəmə qərarları › İş №3(018)-949/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-949/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-949/2023 20.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Canub Ərazi Bas Gömrük İdarəsi "Astara" gömrük postundan daxil olmuş xx.xx.2023-ci il tarixli 3-33-/3-1- 005141/2023 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, Rusiya Fedarasivası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı “C786MC05/AK508705” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından iran islam Respublikasına yükü müsaiyət edən sənədlərə əsasən “Kivi" yükü apararkən, xx.xx.2023-cü il tarixdə saat təqribən 02 radələrində Astara gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı əməkdaşlarımız tərəfindən saxlanılmış və onun idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı Rusiya Fedarasivası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı “C786MC05/AK508705’’ dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində - ön panel hissədə olan şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş saxlanc verindən aq rəngli sellofan torbanın içərisində əvvəlcədən gömrük nəzarətinə elektron, yazılı və ya şifahi formada bəyan olunmamış qara rəngli plastik sandıqçada 6 (altı ) ədəd travmatik tapançlarda istifadə edilmək ücün nəzərdə tutulmuş travmatik patron aşkar edilmişdir. Gömrük yoxlaması basa çatdıqdan sonra Rusiya Fedarasivası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı “S786MS05/AK508705” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış qara rəngli plastik sandıqçada 6 (altı ) ədəd qüllə araşdırma məqsədilə götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Cənub Ərazi Baş Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Şəxs və Cənub Ərazi Baş Gömrük İdarəsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 ədəd üzərində “Tulammo 9mm PA” yazıları olan travmatik tapançalar üçün nəzərdə tutulmuş rezin gülləli travmatik patronların təzə vəziyyətdə xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12,00 manat (6x2m) müəyyən olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyanın müsadirə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X1 anbarında saxlanılan 12 (on iki) manat dəyərində olan, 6 ədəd üzərində “Tulammo 9mm PA” yazıları olan travmatik tapançalar üçün nəzərdə tutulmuş rezin gülləli travmatik patronlar dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar